SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Almaniya telekanalında Azərbaycanla bağlı reportaj

26-10-2018, 16:19 | Oxunub: 7 707 |

Almaniya telekanalında Azərbaycanla bağlı reportaj

Almaniyanın TV.Berlin televiziya kanalında “Azərbaycan-Almaniya münasibətləri: birgə tarix və perspektivlər” mövzusunda Berlində keçirilmiş konfransa dair reportaj yayımlanıb.

Emtv.az xəbər verir ki, reportajda Almaniya Bundestaqının vitse-prezidenti, Sosial-Demokratlar Partiyasının üzvü Tomas Opperman deyib ki, Almaniya-Azərbaycan münasibətləri çoxlarının düşündüyündən daha dərin tarixi köklərə malikdir. Azərbaycan 200 il öncə çoxsaylı almanlar üçün ümid yeri olub. Əksər insanlar Almaniyanın hər zaman yaşamaq üçün cəlbedici ölkələrdən biri olduğunu düşünürlər, lakin 200 il öncə çoxsaylı almanlar buradakı ağır və dözülməz şərait ucbatından Azərbaycana köç ediblər. Onların qurduqları qəsəbədə – Helenendorfda çoxlu çaxır və konyak istehsal edilib. Lakin regionun inkişaf etməsinə baxmayaraq, Sovet İttifaqı qurulandan sonra buradakı almanlar deportasiyaya məruz qalıblar. Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycan yenidən müstəqilliyinə qovuşub. Bizim Azərbaycanla təqdirəlayiq münasibətlərimiz var. Azərbaycan siyasi cəhətdən stabil ölkədir. Azərbaycan Almaniyanın Mərkəzi Asiyada, xüsusilə, Qafqaz regionunda ən mühüm iqtisadi tərəfdaşıdır. Azərbaycan Qafqazın ən güclü iqtisadiyyatına malik ölkəsidir.

Reportajda Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun fikirlərinə də yer verilib. O deyib ki, Azərbaycanla Almaniya arasındakı münasibətlər inkişaf edir. Biz bugünkü inkişafdan çox razıyıq və ikitərəfli münasibətlərdə yaxşı inkişaf dinamikası müşahidə edirik. Almaniyanın Federal Kansleri ilk dəfə olaraq Azərbaycana rəsmi səfər edib. Bu, bizim münasibətlərdə yeni mərhələnin başlanğıcıdır. Səfər zamanı Azərbaycan Prezidenti ilə görüş keçirilib. Eləcə də Azərbaycan Prezidentinin və Almaniyanın Kanslerinin iştirakı ilə iqtisadiyyatın təmsilçiləri ilə geniştərkibli görüş olub. Bu, bizim iqtisadi sahədə də intensiv münasibətlərə malik olduğumuzun göstəricisidir.

Səfir qeyd edib ki, Azərbaycan-Almaniya münasibətlərinə nəzər yetirdikdə digər sahələrdə də yaxşı münasibətlərə malik olduğumuzu görə bilərik. Bizim humanitar, elmi və s. sahələrdə əməkdaşlığımız mövcuddur. Almaniya Azərbaycanda sevilən ölkədir. Azərbaycanın gənclər üçün dövlət hesabına maliyyələşdirilən proqramı var ki, tələbələrin bu proqram çərçivəsində təhsillərini davam etdirmək üçün seçdikləri xarici ölkələr arasında Almaniyanın xüsusi yeri var. Son on ildə təqribən 700 azərbaycanlı tələbə Almaniya ali məktəblərində öz təhsilini başa vurub. Təbii ki, aktuallıq kəsb edən digər məsələlər də mövcuddur ki, onlardan biri də Azərbaycanda alman irsinin 200 illiyidir. Bu tarixi hadisəni biz ötən il təntənəli şəkildə qeyd etdik və bu il də bu istiqamətdə tədbirləri davam etdiririk.

Reportajda, həmçinin Almaniyada səfərdə olmuş ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevlə müsahibə yer alıb. O bildirib ki, Azərbaycanla Almaniya arasında diplomatik münasibətlərin qurulmasından 25 il ötür və bunun Azərbaycan üçün böyük əhəmiyyəti var. Bu, Almaniyanın Avropada aparıcı dövlət olmasından və bizim regiona göstərdiyi maraqdan irəli gəlir. Bizim iqtisadi sahədə də gözəl əməkdaşlığımız mövcuddur. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi 50 faizdən çox artıb, Azərbaycan Almaniyanın enerji tədarükçüləri arasında beşinci yerə yüksəlib. Digər tərəfdən, Azərbaycan Avropaüçün alternativ enerji mənbəyi rolunu oynayır. Azərbaycan Almaniyanın da təmsil olunduğu beynəlxalq sülh quruculuğu prosesinin iştirakçılarından biridir.

ATƏT PA-nın vitse-prezidenti Ermənistan-Azərbaycan münaqişəsindən də danışıb. O deyib ki, Ermənistan həmişə olduğu kimi, beynəlxalq ictimaiyyətin qərarlarına və BMT TŞ-nin qətnamələrinə riayət etmir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və yeddi ətraf rayonunu işğal edib. Almaniya hökumətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı sonuncu qərarı önəmlidir. Bu hadisə Almaniya hökumətinin belə münaqişələrin həllinə dair dünyaya verdiyi yaxşı siqnal və təkandır ki, bu da bizim münasibətlərimizi möhkəmləndirir.

Reportajda Bundestaqın Sosial Demokratlar Partiyasından olan deputatı, Cənubi Qafqazparlament qrupunun sədri Yohannes Karsın digər ekspertlərlə yanaşı, konfransın panellərində Azərbaycanla Almaniya arasındakı münasibətlərin tarixi və gələcəyi mövzusunda müzakirələrdə iştirak etdiyi də bildirilir.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR