18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Mehriban Əliyeva Qarabağ qazisi Qoşqar Hacıyevin müalicəsini nəzarətə götürdü
Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ qazisi Qoşqar Hacıyevin müalicəsini nəzarətə götürüb.
Emtv.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Qənirə Paşayeva məlumat yayıb.
“Bir çoxları bilməsə də, qeyd etməliyəm ki, ağır yaralanmış qazimiz, Qoşqar qardaşımız birbaşa Mehriban xanımın diqqət və qayğısı nəticəsində Türkiyənin “Gülhanə” hərbi hospitalına göndərilib və onun müalicəsi birbaşa Mehriban xanımın nəzarəti altında olub. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyilə Qoşqar Hacıyev “Gülhanə” hərbi hospitalında əməliyyat olunub və 1 il 1 ay müddətində orada qalaraq lazımi müalicələri alıb”, – deyə Qənirə Paşayeva bildirib.
Deputat qeyd edib ki, bu müddət ərzində Q.Hacıyev hər zaman diqqət altında olub və bütün dəstəyi Mehriban Əliyeva göstərib: “Bakıya qayıtdıqdan sonra Hərbi Hospitalda müalicəsi davam etdirilib. Qoşqar qardaşımız ağır yaralıdır və bir müddət əvvəl vəziyyətində yenidən ağırlaşma baş verib və ailəsi bundan çox narahat olub. Vəziyyətin ağırlaşması fonunda bəzi şəxslərin və ya güclərin ailənin narahatlığını “dövlət qazisinə sahib çıxmır” və s. kimi doğru olmayan, sadəcə düşməni sevindirən məlumatlarla paylaşmasını üzüntü ilə və ciddi narahatlıqla izlədik. Bu, dövlətimizin maraqlarına zərbə vuran və düşmən sevindirən addımlardır. Digər tərəfdən, hər zaman qazimizin yanında olan insanlara haqsızlıq edildiyini gördüyüm və onların da çıxıb əslində qazimizə hər zaman dəstək olduqlarını söyləməyəcəklərini bildiyim üçün bunları qeyd edirəm. Çünki Mehriban xanım və rəhbərlik etdiyi kollektiv şəhid ailələri və qazilərimizə dəstəyi hər zaman özlərinə borc sayırlar və bu istiqamətdə gördükləri işlərlə bağlı mətbuata adətən məlumatlar vermirlər”.
Q.Paşayeva Qoşqar Hacıyevlə bağlı məlumat alan kimi Hərbi Hospitala getdiyini, hospitalın rəhbəri ilə ailə üzvlərinin, qazinin dostlarının iştirakı ilə vəziyyəti müzakirə etdiyini söyləyib: “Ailəsi qazimizin yenidən Türkiyəyə göndərilməsini xahiş etdi. Bu məsələni Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın köməkçisi, Heydər Əliyev Fondunun direktoru Anar müəllimə çatdıranda onun dediyi söz “Hər zaman qazimizin yanındayıq” oldu. Sonra zəng edərək bildirdi ki, ailəsi narahat olmasın, qazimizlə bağlı Mehriban xanım bütün lazımi dəstəyin göstərilməsini tapşırıb və bu dəstək göstəriləcək. “Gülhanə” ilə danışıqlara başlanıldı. Cəmi bir neçə saat sonra isə qazimizin qardaşı İlqar bəy zəng edərək, Qoşqar Hacıyevin “Gülhanə”də müalicə edən həkimlərin Bakıda EGE Hospitalda çalışdıqları barədə məlumat aldıqlarını və Qoşqar bəyin Türkiyəyə getməsini də məhz bu həkimlər üçün rica etdiklərini bildirərək, “Həmin həkimlər Bakıda çalışırsa, Türkiyəyə ehtiyac yoxdur, EGE Hospitalda həmin həkimlərin nəzarətində müalicə ala bilər” dedi. Qoşqar qardaşımız artıq həmin xəstəxanaya köçürülüb. Bu barədə davamlı olaraq onun vəziyyəti ilə maraqlanan Anar bəyə məlumat verildi və o, Mehriban xanımın qazimizin müalicəsi ilə bağlı ciddi tapşırıqlar verdiyini, diqqətdə saxladığını və bütün dəstəklərin müalicə dövründə göstəriləcəyini bildirdi”.
İsmayil İsmayilov
Emtv.az