SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Dünyanın ən nüfuzlu 500 müsəlmanı – Siyahıda İlham Əliyev də var

23-10-2018, 18:35 | Oxunub: 8 665 |

Dünyanın ən nüfuzlu 500 müsəlmanı – Siyahıda İlham Əliyev də var

İordaniyanın Əmman şəhərində yerləşən Strateji Araşdırmalar üzrə İslam Mərkəzinin hazırladığı “Muslim 500-2019” siyahısında siyasət, idman, səhiyyə, elm və s. sahələrdə ən nüfuzlu dünya müsəlmanlarının adı yer alıb.

Emtv.az xəbər verir ki, ən nüfuzlu siyasi liderlər arasında Azərbaycan prezidenti İlham Əliyev də yer alıb. Prezident İlham Əliyevlə yanaşı, ən nüfuzlu müsəlmanların reytinq siyahısına Azərbaycandan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə və muğam ustadı (xanəndə) Alim Qasımov da daxil olub.

Bu il siyahıya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başçılıq edir. İkinci yerdə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz, üçüncü pillədə isə İordaniya kralı II Abdulla ibn əl-Hüseyn qərarlaşıb.

“The Muslim 500”də həmçinin Türkiyənin sabiq prezidenti Abdullah Gül, Çeçenistanın rəhbəri Ramzan Kadırov, Tacikistan prezidenti Emomali Rəhmon, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov yer alıb. İdmançılar arasında isə MMA döyüşçüsü yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov, “Arsenal” futbol klubunun yarımmüdafiəçisi Məsut Özil, “Liverpul” futbol klubunun hücumçusu Məhəmməd Salah və dördqat Olimpiya çempionu Mo Fara da var.

Qeyd edək ki, siyahı 2009-cu ildən başlayaraq hər il nəşr olunur.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR