SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Azərbaycan davamlı yüksəliş yolunda inamla irəliləyir” – İlham Əliyev

22-10-2018, 18:37 | Oxunub: 8 793 |

“Azərbaycan davamlı yüksəliş yolunda inamla irəliləyir” – İlham Əliyev

Prezident İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə həsr olunmuş mərasimin iştirakçılarına müraciət edib.

Emtv.az xəbər verir ki, müraciətdə deyilir: ” Sizi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasının 160 illiyi münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ölkəmizin ən qocaman şirkətlərindəndir. Onun bünövrəsinin qoyulması Bakı şəhərinin XIX əsrin ortalarından iri neft sənayesi mərkəzi kimi şöhrət tapmağa başladığı vaxta təsadüf edir. Dünyada ilk neftdaşıyan barjın, ilk daxiliyanma mühərrikli və ilk reversivli iki mühərriklə çalışan gəmilərin Xəzərdə istismara verilməsi, ilk tankerin Xəzərdə səfərlər etməsi Azərbaycanda bu dövr gəmiçilik fəaliyyətinin yaddaqalan səhifələrindəndir. Tarixi boyunca hər bir mərhələdə milli iqtisadiyyatın inkişafına qüvvətli təsir göstərmiş gəmiçilik ölkəmizdə ötən müddət ərzində mühüm hadisələrlə zəngin şərəfli bir yol keçmişdir.

Ümummilli lider Heydər Əliyev respublikamızın bütövlükdə nəqliyyat sisteminə, o cümlədən iqtisadi əlaqələrin formalaşmasında əvəzsiz rol oynayan dəniz nəqliyyatına daim xüsusi diqqət yetirmişdir. Dənizçilərimizin fədakar əməyini həmişə layiqincə qiymətləndirən ulu öndərin gəmiçiliyin donanmasının modernləşdirilməsində müstəsna xidmətləri vardır. Məhz Heydər Əliyevin rəhbərliyi ilə həmin illərdə ardıcıl həyata keçirilmiş kompleks tədbirlərin nəticəsidir ki, Azərbaycan indi davamlı yüksəliş yolunda inamla irəliləyir və gəmiçilik sahəsində kifayət qədər yüksək potensiala malikdir.

Ölkəmizin Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə yönəlmiş irimiqyaslı infrastruktur layihələri, o cümlədən iki donanmanın birləşdirilməsi yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması, ən yeni texnoloji standartlar səviyyəsində Gəmiqayırma Zavodunun istifadəyə verilməsi, 2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolunun açılışı və 2018-ci ildə Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi son illər Azərbaycanda bu istiqamətdə məqsədyönlü strateji planın uğurla reallaşdırılmasının bariz nümunələridir. Ənənələrinə sadiq qalaraq 160 illik təcrübəsindən lazımınca bəhrələnən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi bu gün beynəlxalq tələblərə uyğun dəniz nəqliyyatı xidmətləri gerçəkləşdirməklə iqtisadiyyatımızın inkişafına dəyərli töhfələr verir.

İnanıram ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yenə də ahəngdar iş rejimində çalışaraq ölkəmizin rəqabət qabiliyyəti və tranzit potensialının gücləndirilməsi üçün üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirəcək, Xəzərdə özünün aparıcı mövqeyini qoruyacaqdır.

Sizə – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin çoxsaylı kollektivinə gələcək işlərinizdə yeni-yeni nailiyyətlər və bütün dənizçilərimizə aydın səma arzulayıram”.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR