17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanda yeni ana olan 26 yaşlı qadın küçədə öldü
Balakən rayonunda mərkəzi xəstəxananın əməkdaşı olan 26 yaşlı qadının küçədə qəfil ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Emtv.az xəbər verir ki, Balakən şəhəri Heydər Əliyev prospektində halı pisləşərək qəfil vəfat edən 1992-ci il təvəllüdlü Şibliyeva Aygün İlqar qızı hadisədən 10 gün əvvəl ana olubmuş.
Belə ki, oktyabrın 9-da A.Şibliyeva mərkəzi xəstəxananın doğum şöbəsinə yerləşdirilib və təbii yolla oğlan usağı dünyaya gətirib.
Oktyabrın 15-də o, xəstəxanadan evə buraxılıb. 5 gün sonra isə dayanacaqda marşrut gözləyən zaman qəfildən onun halı pisləşərək yıxılıb.
26 yaşlı Aygün xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilib ki, gənc qadın doğuşdan sonra bərpa prosesini yaxşı keçirməyib.
O, doğuşdan bir həftə sonra işə çıxmağa başlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İsmayil İsmayilov
Emtv.az