18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Türkiyədə daha bir faciə: Qaçqınları daşıyan qayıq batdı – Ölən və yaralananlar var
Türkiyənin Bodrum şəhəri yaxınlığında qanunsuz yollarla Yunanıstana keçmək istəyən qaçqınların qayığı batıb.
Emtv.az xəbər verir ki, qaçqınları vətəndaşlar və polislər xilas etməyə çalışıb.
Qaçqınları daşıyan qayıq sahildən 50 metr aralıda batıb. Qayıqda təxminən 50nəfər qaçqın olduğu xəbər verilir.
Dənizə dalan vətəndaşlar 3 uşaq, 4 qadın və 5 kişini xilas ediblər.
Hadisə yerinə gələn xilasedcilər dənizdə axtarışlara başlayıb. 20 nəfərin həyatını xilas etmək mümkün olub. Xilas edilən üç uşağın vəziyyətinin ağır olduğu bildirilir.
Xilas edilən qaçqınlar Bodrum dövlət xəstəxanasına çatdırılıb.
Qaçqınların hansı ölkədən olduğu qeyd edilimir.
Hadisədə neçə nəfərin öldüyü ilə bağlı hələlik məlumat yoxdur.
İsmayil İsmayilov
Emtv.az