SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Çobandan dəhşətli əməl: Kişini öldürüb cəsədini kanala atdı - Cinayətin "İSTİ İZLƏRİ"

20-10-2018, 13:47 | Oxunub: 11 960 |

Çobandan dəhşətli əməl: Kişini öldürüb cəsədini kanala atdı - Cinayətin "İSTİ İZLƏRİ"

Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bir şəxsin eyni gündə törətdiyi iki ağır cinayətin, o cümlədən bir qətlin açılması təmin olunub.

Emtv.az terli KİV-ə istinadənxəbər verir ki, bu il oktyabrın 14-də saat 23 radələrində Saatlı rayonu ərazisində Sərxan Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində əlindən aldığı xəsarətlə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumat əsasında müvafiq tədbirlər həyata keçirilib.

İlkin təhqiqat zamanı rayonun Orta Muğan kəndindəki fermaların birində çoban işləyən Sərxan Mirzəyevin həmin xəsarəti çoban yoldaşı Aqşin Astanovun ov tüfəngindən açdığı atəş nəticəsində aldığı müəyyən edilib.

Dərhal görülən tədbirlərlə A.Astanov İmişli rayonu ərazisində saxlanılıb. Ətrafında həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun törətdiyi daha ağır bir cinayətin üstü "isti izlərlə" açılıb.

Araşdırmalarla A.Astanovun elə həmin gün saat 21 radələrində Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində onunla birgə fermada çoban işləyən Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə nəticəsində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə sözügedən kəndin ərazisindən keçən "Şor su" kanalına atdığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə N.Gülbalayevin meyiti oktyabrın 18-də Sabirabad rayonunun Xəlfəli kəndindən keçən kanalda, cinayətin aləti olan ov silahı isə Hacıqabul rayonu ərazisində aşkar olunaraq istintaq orqanına təhvil verilib.

İki ağır cinayəti törətməkdə şübhəli bilinən Aqşin Astanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR