18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Son dəqiqə: İŞİD Suriyada ABŞ və Avropa vətəndaşlarını girov götürdü
İŞİD terrorçuları Suriyada ABŞ və Avropa vətəndaşlarını girov götürüb.
Emtv.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” klubunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İŞİD terrorçuları Suriyada bir neçə ABŞ və Avropa ölkələrinin bir neçə vətəndaşını girov götürüb: “Bzidə belə məlumatlar var. Lakin heç nə olmamaış kimi hamısı susur, sakitlik hökm sürür”.
RİA-Novosti isə xəbər verir ki, Qərb ölkələrinin girovları İŞİD terrorçularının əlindədir.
İŞİD həmin girovları nəzarətində olan Suriyanın Deyr əz-zor əyalətindəki Haci yaşayış məntəqəsində saxlayır.
Agentlik onu da qeyd edib ki, İŞİD terrorçuları oktyabrın 13-də Əl-Bahra yaşayış məntəqəsindəki qaçqınlar düşərgəsinə hücum edərək, 130 ərəb ailəsini girov götürüblər.
İŞİD girovluğunda 750-dən artqı insanın olduğu və bunların arasında Qərb ölkələrinin və digər ölkələrin də vətəndaşlarının olduğu bildirilir.
RİA-Novostinin verdiyi xəbərə əsasən, İŞİD terrorçuları bu girovlar vasitəsi ilə YPG kürd terrorçularına qarşı ultimatum irəli sürərək, vaxtilə onların nəzarətində olan Fərat çayının şərqindəki ərazilərdən geri çəkilməyi tələb edirlər. Onlar YPG terrorçularına təzyiq vasitəsi kimi hər gün həmin girovlardan birini güllələyir.
İsmayil İsmayilov
Emtv.az