18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda soyğunçuluq edən keçmiş məhkum saxlanıldı
Oktyabrın 10-da Nəsimi rayonu ərazisində baş vermiş soyğunçuluq hadisəsi barədə 19-cu Polis Şöbəsinə müraciət daxil olub.
Emtv.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, Bakı şəhər sakini olan qadın həmin gün saat 12 radələrində Cavadxan küçəsindəki evin girişində naməlum şəxsin onun içərisində 530 manatı və sənədləri olan çantasını açıq talama yolu ilə aldığını bildirib.
Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Kürdəmir rayon sakini, əvvəllər də oğurluq, mənimsəmə və narkotiklərlə əlaqədar cinayətlərə görə məhkum olunmuş Şahin Kərimov olduğu məlum olub.
Ş.Kərimovun törətdiyi digər cinayət əməlinin də üstü açılıb. Onun oktyabrın 14-nə keçən gecə Nəsimi rayonu ərazisindən Oleq Milkinin “Zontes” markalı motosikletini qaçırdığı da polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırma aparılır.
İsmayil İsmayilov
Emtv.az