18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Körpəsini qorumaq istəyən ana xəstəxanalıq oldu
Avstraliyada körpəsini doludan qorumaq istəyən ananın bədəni qançırlar içində qalıb.
Emtv.az xəbər verir ki, hadisə Avstraliyanın Queenisland əyalətində baş verib. 23 yaşlı ana nənəsi və 4 aylıq qızı ilə kafeyə getmək üçün evdən çıxıb. Qısa bir müddət sonra qoz böyüklüyündə yağan doluya məruz qalıb və dolu mindikləri maşının şüşələrini sındırıb.
Ana maşından enərək arxa kresloda oturan uşağına sarılıb və onu doludan qorumağa çalışıb. Uşağını doludan qoruyan ananın bədəni qançırlar içində qalıb və qadın hadisədən sonra xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ananın səylərinə baxmayaraq körpənin başında yüngül bir yara əmələ gəlib. Ana bu hadisənin özünə bir dərs olduğunu və bundan sonra bayıra çıxmadan əvvəl hava vəziyyətinə baxacağını deyib.
İsmayil İsmayilov
Emtv.az