SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

PA rəsmisi: Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinə insan hüquqları donu geyindirməsi cəhdləri cəfəngiyatdır

12-10-2018, 16:28 | Oxunub: 9 636 |

PA rəsmisi: Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinə insan hüquqları donu geyindirməsi cəhdləri cəfəngiyatdır

Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinə insan hüquqları donu geyindirməsi cəhdləri və Azərbaycanın guya erməni əhali olmadan əraziləri tələb etməsi barədə iddiaları tamamilə əsassızdır və cəfəngiyatdır.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu fikri açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, Ermənistan BMT Nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycanın ərazilərini, o cümlədən Dağlıq Qarabağ bölgəsini və yeddi ətraf rayonu işğal edib və həmin ərazilərdə qondarma separatçı rejim yaradıb. Ermənistan Azərbaycana qarşı təcavüzünün tərkib hissəsi olaraq, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan çoxsaylı hərbi cinayətlər, insanlıq əleyhinə cinayət əməlləri törədib.

İşğal edilmiş Dağlıq Qarabağın azərbaycanlı icmasına və ətraf rayonların sakinlərinə qarşı qanlı etnik təmizləmə törətməklə Ermənistan yerli azərbaycanlı əhali olmadan həmin əraziləri qanunsuz yolla ilhaq etmək kimi məqsədlər güddüyünü açıq şəkildə nümayiş etdirir.

Bir milyondan artıq azərbaycanlı məcburi köçkün və qaçqının ən ümdə hüquqlarını kobud şəkildə pozduğu halda, Ermənistanın insan hüquqlarından danışması hər hansı siyasi, hüquqi və mənəvi çərçivəyə sığmır.

Bu siyasətin davamı olaraq, Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə inkar etməyə çalışır. Həmçinin hər bir vəchlə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun yaradılmasına imkan vermir.

Hikmət Hacıyev qeyd edib ki, fundamental insan hüquq və azadlıqları universal xarakter daşıyır və bütün insanlığa şamil olunaraq bərabər əsasda və ayrı-seçkilik olmadan tətbiq olunmalıdır. 1993-cü il Vyana Bəyannaməsi və Fəaliyyət Proqramında təsbit olunduğu kimi, “bütün insan hüquqları universaldır, ayrılmazdır, qarşılıqlı şəkildə asılı və bağlıdır”. İnsan hüquqları üzrə beynəlxalq sənədlərdə aydın şəkildə təsbit olunub ki, başqalarının hüquqlarının pozulması halında heç bir hüquq və azadlıq ifadə oluna bilməz.

Ermənistanın bu cür iddiaları işğal siyasətini gizlətmək, real vəziyyət barədə qeyri-həqiqi təəssürat yaratmaq və beynəlxalq ictimaiyyəti aldadaraq, münaqişənin əsasını təşkil edən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin hərbi işğalı faktından diqqəti yayındırmaq cəhdlərindən başqa bir şey deyil.

Ermənistan başa düşməlidir ki, hərbi təcavüz və qanlı etnik təmizləmə və insan hüquqlarının kütləvi şəkildə və kobud pozulması ilə müşayiət olunan vəziyyət heç vaxt legitim qəbul oluna bilməz. Ona görə də beynəlxalq ictimaiyyət yekdilliklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir.

İşğalçılıq siyasətinə son qoymadan və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirmədən Ermənistanın demokratik və sivil cəmiyyət qurmaq barədə iddiaları sözdən başqa bir şey deyil.

Monoetnik dövlət olan Ermənistandan fərqli olaraq, Azərbaycan multikultural və inklüziv cəmiyyətə malik dövlətdir. Müxtəlif etnik və dini icmalar Azərbaycanda əsrlər boyu sülh şəraitində birgə yaşayırlar. Bu gün dövlət siyasəti ilə bu ənənələr daha da gücləndirilir.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması ilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşayışı üçün imkanlar yarana bilər. Nəticə etibarilə də regionda davamlı sülh, sabitlik və təhlükəsizlik təmin olunar.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR