SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Ərdoğan 46 Afrika ölkəsini bir araya gətirdi və… “Qərb Afrikada 100 minlərlə insanı qətlə yetirdi, hesab vaxtıdır”

10-10-2018, 13:07 | Oxunub: 7 979 |

Ərdoğan 46 Afrika ölkəsini bir araya gətirdi və… “Qərb Afrikada 100 minlərlə insanı qətlə yetirdi, hesab vaxtıdır”

“46 Afrika ölkəsi ilə ticarət və iqtisadiyyat müqaviləsi imzaladıq. Bu günlərə çirkli bazarlıqla deyil, bədəl ödəyərək gəlmişik. Ölkələrimizi təzyiqdən xilas edək. Gəlin, yerli və milli pulla iş görək.”

Emtv.az verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika İş Forumunda etdiyi çıxışı zamanı deyib. Ərdoğan Qərb ölkələrinin Afrikada törətdiyi qətliamları xatırladıb.

“Hakimiyyətə gələndə Afrikada 12 səfirliyimiz vardı, bu gün Afrikada 41 səfirliyimiz var. Qarşılıqlı hörmətə əsaslanan münasibətlərimizi davam etdiririk. Afrika qitəsinin tamamilə əməkdaşlığımızı gücləndirmək niyyətindəyik. Göstərdiyimiz səylərin meyvələrini müxtəlif sahələrdə toplayırıq. 21 müxtəlif Afrika ölkəsini ziyarət etdik.

TİKA bütün qitə miqyasında inkişaf yardımı fəaliyyətləri aparır. 50-yə yaxın Afrika ölkəsində 5 min tələbə Türkiyədə bakalavr, magistratura və doktorantura təhsili alır. AFAD, Qırmızı Aypara qitənin müxtəlif bölgələrində varlıq göstərir.

Podratçılarımız Afrkiada 65 milyard lirəlik 1150 layihə həyata keçirir. 46 Afrika ölkəsi ilə ticarət və iqtisadiyyat müqaviləsi imzaladıq. 12 ölkə ilə ikiqat vergitutmanın qarşısının alınması müqaviləsini imzaladıq. Böyük qismi qüvvəyə mindi.

Ticarət dövriyyəmiz 2003-də 3,7 milyarddan hazırda 20,6 milyarda yüksəlib. Bizi tənqid edənlər İsrailə səssiz qalarkən, Afrika ölkələri Fələstin davasına sahib çıxdı. Bir çox ölkə FETÖ-yə qucaq açıb, lakin Afrika bunu etmir. Qərb ölkələri qaçqınları aclığa, ölümə buraxarkən, Afrika kimi məhdud gəliri olan ölkələr qaçqınlara qapılarını açır.

Afrika ölkələri haqq etmədikləri rəftarla üzləşir. Afrikada 10 minlər 100 minlər öldürülmədimi ? Bunun hesabını soruşan varmı? Yox. Bu qətliamları törədənlər özlərini ən müasir, ən mədəni ölkələr sayırlar. Somalidə Orta Afrikada insanlar ölümə məhkum edilmədimi ? Bu qardaşlarımızın öz taleləri haqqında söz söyləmək hüquqları varmı? Gəlin verək əl-ələ, addımlarımızı ataq qazandıqlarımıza ölkələrimiz hakim olsun.

Yerli və milli pulla ticarət edək. Bütün afrikalı qardaşlarımıza müraciət edirəm. Ölkələrimizi valyuta məzənnə təzyiqindən azad edək. Rusiya, Çin, İran kimi ölkələrlə bu məsələdə müəyyən qədər məsafə qət etdik. Sadəcə baş ticarət partnyorlarımızla deyil, bütün ölkələrlə milli valyutalar üzərindən ticarəti etməyə hazırıq. Bütün ölkələrlə milli valyutalar üzərindən ticarət etməyə hazırıq. Problem mentaliteti dəyişməkdir”-Ərdoğan belə deyib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR