SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ekspertdən həyəcan təbili: Bu il kimlər tələbə ola bilməyəcək?

9-10-2018, 15:12 | Oxunub: 7 825 |

Ekspertdən həyəcan təbili: Bu il kimlər tələbə ola bilməyəcək?

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli (tapşırıqların sayı) açıqlanıb.

Yeni qaydalara görə, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

Belə olan halda, bəs əvvəllki illərin məzunları bu il ali məktəblərə hansı qayda ilə qəbul olunacaq?

Emtv.az xəbər verir ki, yenicag.az-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov sualımızı belə şərh edib:

"Bütün abituriyentlər eyni qaydada imtahan verəcək. Hər hansı güzəşt tətbiq olunmayacaq. Cari ilin məzunları birbaşa buraxılış imtahanları verəcəklər. Əvvəlki illərin məzunları isə indiki qüvvədə olan qaydalara əsasən V qrupdan imtahan verəcəklər. Onların imtahanlarında bal əmsalı əvvəlki illərdən fərqli olaraq hesablanacaq. Qəbul imtahanı iki mərhələlidir. Əvvəlki illərin məzunları V qrupda 0-300, qəbul imtahanında isə 0-400 bal toplamalıdır. Bu il üçün ciddi yenilik bundan ibarətdir ki, xarici dil fənnindən imtahanda dinləmə aparatından istifadə olunacaq. Hansı ki, bir çox orta təhsil məktəblərində bu tətbiq olunmur. Buna görə də ciddi hazırlaşmalıdırlar, onlar üçün hər hansı güzəşt nəzərdə tutulmayıb. Əvvəlki illərin məzunları bu dəfə sıfırdan yeni kitablar oxumalıdırlar. Onlar üçün tamamilə yeni imtahan qaydası olacaq”.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR