SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Kafedə "cin" peyda olub? - Oğlanı gözləri ilə qaldırıb, yerə çırpdı - VİDEO

8-10-2018, 13:18 | Oxunub: 9 610 |

Kafedə "cin" peyda olub? - Oğlanı gözləri ilə qaldırıb, yerə çırpdı - VİDEO

The Sacred Rianna (müqəddəs Rianna) adı ilə tanınan Marie Antoinette Riana Graharani indoneziyalı qızın məşhur olmazdan əvvəl çəkilən qorxulu videosu yayılıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Riannanın 2011-ci ildə çəkilən görüntüləri yayılıb. Kadrlar kafenin təhlükəsizlik kamerasına düşüb. Videoda onun əl hərəkətləri ilə digər masadakı bakalı hərəkət etdirib, oğlanı baxışları ilə qaldırıb, yerə çırpması əksini tapıb.

Asiyada bacarıq müsabiqəsi olan "Asia's Got Talent"a qatılan Rianna münsifləri və tamaşaçıları qorxuya salıb. Onun çəkdiyi fotoda ölən adamın ruhu peyda olub, səhnəyə gətirdiyi kiçik qutudan 4-5 nəfər adam çıxıb. Rianna qeyri-adi bacarığı ilə "Asia's Got Talent"ın qalibi olub.

O, sonradan "America's Got Talent"a qatılsa da 4-də bir finaldan keçə bilməyib. ABŞ-lı tamaşaçılar onun performansını çox qorxulu hesab etdiklərinə görə Riannanı müsabiqədən uzaqlaşdırıblar.

Onun qorxulu videoları sosial şəbəkələrdə 100 milyona yaxın izlənilib. Özünü illüziyaçı kimi təqdim edən Riannanın sirri isə müəmmalı olaraq qalır.

Belə ki, onun insan deyil, cin olduğunu belə düşünənlər var. Bunu qızın danışmaması, danışanda robot kimi danışması, hərəkətləri ilə əlaqələndirirlər. O, daima səhnəyə ağ corab, dizdən ətək, əlində qorxulu gəlinciklə gəlib, saçlarını üzünə tökür.

Qeyd edək ki, Rianna 1992-ci ildə iyul ayının 13-də Cakartada dünayaya gəlib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR