18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakı metrosunda həyacanlı anlar
Bakı metrosunda həyəcanlı anlar yaşanıb.
Emtv.az xəbər verir ki, “Qara Qarayev” - “İçəri Şəhər” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb. Nəticədə qatar tuneldə qalıb. Redaksiyamıza daxil olan məlumatlara görə, hadisə zamanı sərnişinlər arasında narahatçılıq müşahidə olunub.
Məsələ ilə əlaqədar “Bakı Metropoliteninin” mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Big.az-a açıqlamasında bildirib ki, qatarda yaranmış texniki nasazlıq səbəbindən "Həzi Aslanov" - "İçərişəhər" stansiyaları istiqamətində hərəkət edən qatarların qrafikində gecikmələr yaranıb.
“Qara Qarayev stansiyasında qatarda baş verən texniki nasazlıq üzündən qatarların hərəkətində problem yaranıb. 7-8 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Təhlükəsizlik baxımından qatar texniki baxış üçün depoya göndərilib. Bu da bizim təlimata uyğundur. Nəticədə stansiyalarda sıxlıq yaranıb", - deyə qurum rəsmisi bildirib.
İsmayil İsmayilov
Emtv.az