18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ermənistandan Gürcüstana xəyanət: Diplomatik qalmaqal yaşana bilər
Bütün dünyada sepratçılığın qınanıldığı bir ərəfədə Ermənistan Qafqazda növbəti belə ocaqların yaranmasında maraqlıdır.
Emtv.az xəbər verir ki, söhbət bu ölkənin qonşu Gürcüstana qarşı növbəti xəyanətindən gedir.
Məlum olduğu kimi, 27 sentyabr Gürcüstanda bu ölkənin tarixinə qara hərflərlə yazılmış Suxuminin işğalı günü kimi qeyd olunur. Bu işğalın 25-ci ildönümü nəinki dost ölkələr, elə beynəlxalq qanunlara hörmət edən bütün dövlətlər tərəfindən də belə qəbul olunur. Ermənistanın isə məsələyə münasibəti tamam fərqlidir.
Separatizmi dəstəkləyən və bu yolla ərazilərini böyütməyə çalışan Ermənistanın yaratdığı qondarma “Dağlıq Qarabağ Respublikası” Suxuminin işğalını azadlıq hərəkatı kimi qəbul edərək seprataçı rejimə təbrik ünvanlayıb.
Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun üzvü, millət vəkili Fərəc Quliyev deyir ki, bu addım, əslində, Ermənistanın “böyük Ermənistan” xülyasının bir hissəsidir və Çavaxetiya iddiaları üçün zəmin hazırlamaqdan başqa bir şey deyil.
Millət vəkili hesab edir ki, dəfələrlərlə Çavaxetiya təhlükəsi ilə üz-üzə qalan Gürcüstan isə buna laqeyd qalmamalıdır. Çünki Ermənistanın cavabsız qalan hər bir belə cəhdi onları daha da cəsarətləndirir. Odur ki, Gürcüstan Ermənistanla münasibətlərinə yenidən baxmalıdır.
Millət vəkilinin sözlərinə görə, bu fakt bir daha göstərir ki, regionda yaranmış təhlükələrin əsas səbəbkarı, məhz Ermənistandır. Bu dövlətin absurd iddiaları nəinki risk yaradır, regionun inkişafını ləngidən əsas maneədir.
Seymur Rəhimov
Emtv.az