SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Deputat: "Paşinyan İlham Əliyevin qarşısında yumşaldı"

2-10-2018, 14:10 | Oxunub: 9 461 |

Deputat: "Paşinyan İlham Əliyevin qarşısında yumşaldı"

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kəskin bəyanatlar verəndə onun tam məğzini düşünmədən danışır.

Emtv.az xəbər verir ki, bunu sonxeber.az-a Milli Məclisin deputatı Azər Badamov N. Paşinyanın Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətdən öncəki aylar ərzində kəskin, görüşdən sonra isə yumşaq açıqlamalar verməsinə münasibət bildirərkən deyib.

Paşinyan İlham Əliyev qarşısında heç vaxt duruş gətirə bilməz.

Onun sözlərinə görə, əgər N. Paşinyan əsl siyasətçi olsaydı və beynəlxalq hüququn tələblərini bilsəydi, heç vaxt sərsəm açıqlamalar verməzdi: "Paşinyan Prezident İlham Əliyev ilə görüşəndə isə artıq canlı olaraq qarşısında Azərbaycanın böyük bir Prezidentini görür. Prezident İlham Əliyev böyük bir siyasətçi və diplomatdır. Ona görə də Paşinyan heç vaxt Azərbaycan Prezidenti qarşısında duruş gətirə bilməz və hansısa kəskin ifadə işlədə bilməz".

Paşinyan Azərbaycan Prezidenti qarşısında yumşaldı

Millət vəkili qeyd edib ki, Ermənistanın Baş naziri Azərbaycanın dövlət başçısı qarşısında yumşaldı və Prezident İlham Əliyevin dedikləri ilə tam razılaşdı: "Paşinyan xahiş etdi ki, Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində atəşkəs rejimi möhkəmləndirilsin. Təbii ki, bu, Azərbaycan Prezidentinin Paşinyana verdiyi müvəqqəti şansdır. Paşinyan başa düşməlidir ki, Ermənistanın gələcəyi Azərbaycanla sülh müqaviləsinin imzalanmasından və işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsindən keçir".

Azərbaycan ordusu 48 saat ərzində Qafqazı nəzarətə götürə bilər

A.Badamov hesab edir ki, bu baxımdan Prezident İlham Əliyev N.Paşinyana imkan verdi ki, daxildə Koçaryan və Sarkisyanları sakitləşdirə bilsin: "Paşinyan daxildə öz mövqeyini gücləndirdikdən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında sülh danışıqlarının aparılmasında tam şəkildə hazır olacaq. Onun başqa bir yolu yoxdur, çünki bu gün Ermənistanın qarşısında güclü Azərbaycan ordusu dayanıb. Hətta NATO-nun hesabatlarında qeyd olunub ki, Azərbaycan ordusu 48 saat ərzində Qafqazı nəzarətə götürə bilər. Paşinyan belə bir güclü ordunun və onun Ali Baş Komandanı qarşısında təbii ki, yumşalmalı və sərsəm ifadələr işlətməməlidir".

Paşinyan gördü ki, Azərbaycanın Prezidenti böyük mədəniyyət sahibidir

Deputat Prezident İlham Əliyevlə N. Paşinyanın təkbətək söhbətləşməsinin önəmini də vurğulayıb: "Təkbətək, üzbəüz görüşlər ona görə razılaşdırılır ki, prezidentlər, dövlət başçıları bir-biriləri ilə birbaşa təmas qursunlar, hansı intellekt sahibi olduqlarını bilsinlər və qərarlar qəbul etsinlər. Paşinyan gördü ki, Azərbaycanın Ali Baş Komandanı böyük intellekt və mədəniyyət sahibidir, böyük diplomatdır. Düşünürəm ki, bundan sonra Ermənistanın Azərbaycana qarşı siyasətində müəyyən dəyişikliklər baş verəcək. İşğal edilmiş torpaqlarımızın azad edilməsinə dərhal nail olunacağını demək bir az çətindir. Çünki orada da bu istiqamətdə Paşinyana qarşı çevrilmiş qüvvələr var. Həmişə Ermənistanda bu kartdan istifadə olunub. Fikrimcə, məsələ yavaş-yavaş öz həllini tapacaq".

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR