18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Şəmkirdə evdən xeyli miqdarda qızıl və pul oğurlandı
Şəmkirdə evdən xeyli miqdarda qızıl və nağd pul oğurlayan şəxs saxlanılıb.
Emtv.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, sentyabrın 2-də Şəmkir rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan qadın mənzilindən qızıl əşyalarının və nağd pulunun oğurlandığını bildirib.
Şəmkir RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın mənzildən 5 min manat dəyərində qızıl-zinət əşyaları və 1780 manat nağd pul oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qarətçinin qonşuluqda kirayədə yaşayan Tərtər rayon sakini, 44 yaşlı Pərviz Cəfərov olduğu müəyyən edilərək saxlanılıb.
Saxlanılan Pərviz Cəfərov Şəmkirə cinayəti törətməzdən bir neçə gün əvvəl gəldiyini və qarəti əvvəlcədən planlaşdırdığını deyib. O, əldə etdikləri qızıl-zinət əşyalarını müxtəlif rayonlarda satdığını da etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Seymur Rəhimov
Emtv.az