18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Türkiyə polisindən əməliyyat: 417 nəfərin həbsinə qərar verildi, 216 nəfər saxlanıldı – Ölkədən 2,5 milyard çıxarıblar
Türkiyədə cinayət törətmiş 417 nəfərin həbsinə dair qərar verilib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Maliyyə Cinayətlərinin İstintaqı Təşkilatı (MASAK) və İstanbul Maliyyə Cinayətlərilə Mübarizə İdarəsinin apardığı istintaq çərçivəsində qərar qəbul edilib.
Məlumatda qeyd olunur ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən Türkiyənin iqtisadi-maliyyə təhlükəsizliyini hədəf alan hərəkət və şəxslərə qarşı aparılan dindirilmələr nəticəsində ABŞ-da yaşayan iranlılara pul ötürdüyü aşkarlanan 417 nəfərin həbsinə qərar verilib.
Bu şəxslərin ölkə xaricindəki 28 min 88 bank hesabına ümumilikdə 2,5 milyard türk lirəsi (təqribən 420 milyon ABŞ dolları) pul köçürdüyü məlum olub.
Prokurorluğun qərarının icra edilməsi üçün İstanbul polisi təqsirləndirilənlərin həbsi ilə bağlı əməliyyata başlayıb.
Həyata keçirilən əməliyyatlar zamanı 216 nəfərin saxlanıldığı bildirilir.
İsmayil İsmayilov
Emtv.az