SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Hərbi təlimlər savaşı: ABŞ Aralıq dənizində Türkiyəsiz təlimlərə başlayır

29-09-2018, 12:06 | Oxunub: 8 388 |

Hərbi təlimlər savaşı: ABŞ Aralıq dənizində Türkiyəsiz təlimlərə başlayır

Rusiyanın ardınca ABŞ və Yunanıstan Aralıq dəniz ekvatoriyasında Egey dənizində birgə hərbi təlimlər keçirməyə hazırlaşır.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Aralıq dənizində 26 döyüş gəmisinin iştirakı ilə keçirdiyi təlimlərinin ardınca “Vostok-2018” hərbi təlimlərinə qarşı ABŞ Avropa ölkələri ilə birlikdə Yunanıstanda və Egey dənizində genişmiqyaslı hərbi təlimlər keçirəcək.

Hərbi təlimlərdə ABŞ-ın Hərbi Hava Qüvvələrinin təyyarələri, vertolyotları fəal iştirak edəcək.

Bu təlimlərdə bir çox NATO ölkəsinin iştirakı gözlənilsə də, Türkiyənin bu təlimlərdə iştirakı nəzərdə tutulmur. Daha doğrusu, hərbi təlimlər Türkiyənin iştirakı olmadan keçirilməsi nəzərdə tutulur

ABŞ-la Yunanıstan arasında hərbi təlimlərlə bağlı bu vaxta qədər görünməmiş bir səviyyədə Türkiyənin iştirakı olmadan görüşlər keçirilməkdədir. Hərbi təlimlərin oktyabrın ortalarında keçirilməsi planlaşdırılır və noyabr ayında isə bu təlimlərə digər Avropa ölkələri qatılacaq. Ona görə də Ankara bu təlimləri həm də Türkiyəyə qarşı bir güc göstərmə nümayişi kimi dəyərləndirir.

Yunanıstan və Egey dənizində keçiriləcək hərbi təlimlərə “Combat Aviation Brigade” (Hərbi Aviasiya briqadası), təlimə 83-ci Beynəlxalq Selanik sərgidə iştirak üçün bölgəyə gələn ABŞ-ın 6-ci Donanmasına aid döyüş gəmisi olan “USS Mount Whitney” gəmisi komandanlıq edəcək. Təlimdə 40-dan çox “Apachi” və “Black Hawk” vertolyotları ilə yanaşı, Hərbi-Hava Qüvvələrinə məxsus digər təyyarə və vertolyotlar iştirak edəcək.

Hərbi təlimlərdə NATO ölkələrinin əksəriyyəti dəvət edilsə də, Türkiyəni bu təlimlərə dəvət almayıb və iştirakı planlaşdırılmır. Bu isə NATO ilə Türkiyə arasında müəyyən sulların yaranmasına səbəb olur. Çünki təlim keçiriləcək ərazi birbaşa Türkiyənin sərhədində keçirilir, lakin Türkiyə həmin təlimlərə qatılmır. Bu təlimlər Türkiyəyə güc nümayişi kimi dəyərləndirilir. Aralıq dənizindəki bu təlimlər eyni zamanda Rusiyaya cavab kimi keçirildiyi qeyd olunur.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR