18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Türkiyə Azərbaycanla birlikdə hərbi gəmilər hazırlayacaq
Türkiyədə hərbi gəmilər hazırlayan “Dearsan” gəmiqayırma zavodu Azərbaycanın Hərbi Dəniz Qüvvələri ilə birlikdə 4 növ hərbi gəmi inşa etməyi planlaşdırır.
Emtv.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Dearsan” gəmiqayırma zavodunun dəniz layihələri üzrə meneceri Sərvət Bilgin deyib.
S.Bilginin sözlərinə görə, bununla əlaqədar Azərbaycan hökuməti ilə danışıqlar aparılıb və 4 layihə təqdim edilib: “Layihələr Azərbaycan tərəfinə təqdim edilib. Bundan başqa, məsələ Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə müzakirə edilib. Əgər razılıq əldə edilərsə, biz elə Azərbaycanda həmin gəmilərin birgə tikintisinə başlayacağıq. Bu prosesdə həm də azərbaycanlı mütəxəssislər çalışacaq. Azərbaycanlı mütəxəssislər bu prosesdən sonra özləri müstəqil hərbi gəmi də istehsal edə bilər”.
O bildirib ki, tikiləcək gəmilər Xəzər dənizinin coğrafi xüsusiyyətləri və region ölkələrinin qüvvələr balansı nəzərə alınmaqla hazırlanıb: “Biz artıq bu layihəni Azərbaycan Müdafiə Nazirliyinə də təqdim etmişik. Eyni zamanda, Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlıq təklifi ilə çıxış etmişik. Bütün gəmilərin Azərbaycanda tikilməsi planlaşdırılır”.
Menecer əlavə edib ki, təmsil etdiyi şirkət artıq 3 ildir Azərbaycanla əməkdaşlıq edir.
Qeyd edək ki, 25-27 sentyabr tarixlərində Bakıda “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisində “Dearsan” müəssisəsinin məhsulları da nümayiş olunub.
İsmayil İsmayilov
Emtv.az