18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Putin Rusiya-Azərbaycan münasibətləri haqda danışdı: “Bu razılaşmaları qoruyub saxlamaq lazımdır” – Fotolar
“Rusiya Azərbaycanda hökumət və ictimaiyyət tərəfindən rus dilinin dəstəklənməsini yüksək qiymətləndirir”.
Emtv.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxışı zamanı deyib.
“Biz rus dilinə olan marağı görür və bunu yüksək dəyərləndiririk. Azərbaycanda rus dilinə təkcə maraq yoxdur, həmçinin bu maraq dövlət, bələdiyyələr tərəfindən yardım edilir”-Putin bildirib. Putin deyib ki, Azərbaycanda 300 məktəbdə rus dili tədris olunur. Rusiya-Azərbaycan münasibətlərinə toxunan Putin deyib ki, hər iki ölkə humanitar sahədə əlaqələrin genişlənməsinə böyük önəm verir. “Son illərdə alimlərin və tələbələrin mübadiləsi artmaqdadır. Professional kadrların hazırlanması sahəsində birgə proqramlar işlənilir. Biz təbii ki, təhsil, mədəniyyət və elm sahəsində əlaqələri təşviq etməliyik”- Putin vurğulayıb.
Putin eyni zamanda iki ölkə arasında turizm sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib: “Bu məqsədlə biz Xəzər dənizində birgə kruiz dəniz səfərlərini təşkil etməyi planlaşdırırıq”.
Putin onu da bildirib ki, iki ölkə arşında əlaqələrin inkişafı ilə əlaqədar olaraq əvvəllər əldə edilmiş razılaşmaları qoruyub saxlamaq lazımdır: “Biz hələ Soçidə olarkən qeyd etmişik ki, iqtisadiyyat və digər sahələrdə münasibətlər müsbət inkişaf edir. Sizin Rusiyaya səfəriniz zamanı qarşılıqlı əlaqəyə verilən təkan və imzaladığımız sənədlər qüvvədən düşməsin”.
O qeyd edib ki, ikitərəfli görüş zamanı bu məsələyə toxunmaq niyyətindədir.
V.Putin Rusiya-Azərbaycan Regionlararası Forumda iki liderin iştirakını vacib adlandırıb.
Putin, eyni zamanda, Bakıda keçirilən cüdo üzrə Dünya Çempionatı ilə bağlı mövqeyini açıqlayaraq, bu yarışın Bakıda keçirilməsini dünya idmanına böyük töhfə hesab edib.
İsmayil İsmayilov
Emtv.az