18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Metroda ayaqlarını aralayıb oturanlar peşman edildilər
İctimai nəqliyyatda kişilərin ayaqlarını aralayaraq oturmaları çox pisdir, iyrəncdir. Bu, menspredinqdir. Mən də ictimai nəqliyyatda maçizmin belə təzahürünə qarşı mübarizə aparıram.
Emtv.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan, yerli universitetin hüquq fakultəsində təhsil alan məşhur bloqer və ictimai fəal Anna Dovqalyuk ictimai nəqliyyatda ayaqlarını aralayaraq oturanlara qarşı aksiya keçirib.
O, "Ayaqlarını araladın? Al, gəldi!" ("Spread your legs? Here you go!") adlandırdığı videomanifestini YouTube-dakı kanalında yerləşdirib.
Videoya indiyədək 850 mindən artıq insan baxıb.
Anna Dovqalyuk dostları ilə birlikdə Sankt-Peterburq metrosuna yollanıb, vaqonlarda ayaqlarını aralayaraq oturanların üzərinə içində ağardıcı məhlul olan butulkadakı məhlulu tökməyə başlayıb.
Anna Dovqalyukun dediyinə görə, "ictimai nəqliyyatda özünə birdən artıq yer tutmağa çalışanların maçizmi, alfa-erkəklik mərəzinə qarşı mübarizə məqsədilə aksiya keçirib".
Problem Azərbaycanda da var.
Metroda, avtobusda ayaqlarını aralayıb oturan kişilərimiz az deyil. Bu, mədəniyyətsizlik olmaqla yanaşı, Qərbdə "manspreading" adlanan yolverilməz olay, gender bərabərliyinin pozulmasıdır.
Bir çox ölkələrdə "manspredinq", yəni kişinin ictimai nəqliyyatda ayağını aralayaraq oturması xuliqanlıq, İran, Sinqapur, Yaponiya, Cənubi Koreya və Kanadada isə cinayət sayılır.
Məsələn, Nyu-York və ya Los-Ancelesdə belə kişi 75 dollar məbləğində cərimələnir. İranda isə 2 aydan 4 ayadək həbs olunur.
Bəs siz bu barədə nə düşünürsünüz?!
İsmayil İsmayilov
Emtv.az