18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda yarım milyonluq film kimi cinayət
İçində yarım milyon manatın olduğu seyfi yarsa da, bu, oğrunun köməyinə gəlməyib. Söhbət “Sumqayıt Texnologiyalar Parkı” ASC-nin seyfindən oğurlanan pullardan gedir.
Emtv.az xəbər verir ki, Sumqayıtın hüquq-mühafizə orqanlarından sputnik.az-a verilən məlumata görə, Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları “isti izlər”lə 450 min manatlıq oğurluğun üstünü açıblar.
Məlum olduğu kimi sentyabrın 23-də “Sumqayıt Texnologiyalar Parkı” ASC-nin hüquq departamentinin direktoru, Bakıda yaşayan Cabbarlı Polad Arif oğlunun kabinetindən külli miqdarda pul oğurlanıb. Həmin pulun saxlanıldığı seyf yarılıb.
İlkin araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, oğurluqda Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Nəbiyev Rauf Yavər oğlu iştirak edib. Nəbiyev sözügedən müəssisənin mühafizə xidmətində növbə rəisi işləyib.
Oğru “qara bazar”dakı valyuta alverçilərinin köməyi ilə oğurlanmış manatı dollara çevirəndən dərhal sonra “28 Mall” Ticarət Mərkəzində saxlanılıb. Puldan cəmi 30 min manat kəsir olub. Saxlanılan şəxs sonradan etiraf edib ki, həmin vəsaiti özünün bank kreditlərinin bağlanmasına xərcləyib.
O da məlum olub ki, Nəbiyev oğurluğa hazırlaşarkən özünə aviabilet də sifariş edib. Pulu dəyişəndən dərhal sonra kişi Azərbaycan sərhədlərini tərk edəcəkmiş. Lakin Sumqayıt polisinin operativ qrupu onun bu addımı atmasına mane olub.
Qeyd edək ki, Nəbiyev seyfi dəmir lingin (lomun) koməyi ilə qırıb. Hazırda oğurluq faktı ilə bağlı AR Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi açılıb.
İsmayil İsmayilov
Emtv.az