SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Maşının birində meyit və əri, o birisində isə..." - Oteldə öldürülən 21 yaşlı qadının atası - FOTO

25-09-2018, 14:48 | Oxunub: 11 047 |

"Maşının birində meyit və əri, o birisində isə..." - Oteldə öldürülən 21 yaşlı qadının atası - FOTO

Ayselin ölümü ilə bağlı heç kim mənə düz məlumat vermir.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, "Oskar" otelində qətlə yetirilən 21 yaşlı Aysel Orucovanın atası A.O deyib.

Onun sözlərinə görə, qızı ailəlidir: "Ayselin anası Ülviyyə ilə 10 il əvvəl ayrılmışam. Onunla ailə qurandan sonra aramızda problem yarandı. İki uşağımız olmuşdu - bir oğlan, bir qız. Baxdıq ki, bir yerdə yaşaya bilməyəcəyik, ayrıldıq. Mən ikinci dəfə ailə qurdum, yenidən 3 övladım dünyaya gəldi. Ülviyyə də uşaqlarını götürüb, Bakıya getdi. Bakıda kirayə qalırdılar. İki il əvvəl Aysel ailə qurdu. Bir uşağı var. Həyat yoldaşı Laçın rayonundandır. Ülviyyə qəfildən zəng elədi ki, Aysel günorta saatlarında yol keçəndə maşın vurub, gətiririk. Hadisənin necə baş verdiyini bilmirəm, heç kim mənə düz məlumat vermir. Ayselin meyitini Bakıdan iki maşın gətirib. Maşının birində meyit və əri, o birisində isə Ülviyyə... Gətirib, düşürdük mənim həyətimə. Ayselin meyitini Ülviyyə ilə ana nənəsi yuyub, içəri başqa adam buraxmayıblar. Sonra da dəfn elədik".

Qeyd edək ki, sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki otellərin birində Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev saxlanılıb.

35 yaşlı Nəriman Əliyev istintaqa ilkin ifadəsində Ayselə 11 bıçaq zərbəsi vurduğunu etiraf edib: "Biz üç il əvvəl Pirşağıda yerləşən klubların birində tanış olmuşduq. Ondan sonra tez-tez görüşürdük. Ayseli yalan danışdığı üçün öldürdüm. Aysel həmin gecəni mənimlə birgə keçirəcəyinə söz verdi. Ancaq verdiyi sözü tutmadı. Görüşdükdən sonra yenidən çalışdığı kluba qayıtmaq istədiyini dedi. Bu zaman əsəbləşdim, digər otağa keçib bıçaq götürdüm və onu bıçaqladım. O, qan içində qıvrılırdı və öldüyünü gördükdən sonra qaçdım".

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR