SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Suriyada növbəti gərginlik: YPG/PKK terrorçuları ilə Azad Suriya Ordusu arasında şiddətli atışma başladı

25-09-2018, 13:09 | Oxunub: 7 734 |

Suriyada növbəti gərginlik: YPG/PKK terrorçuları ilə Azad Suriya Ordusu arasında şiddətli atışma başladı

YPG/PKK terror təşkilatı iki il öncə Afrindən şərqə doğru çəkilərək işğal etdiyi Tel Rıfat qəsəbəsindən Azad Suriya Ordusunun (ASO) mövqelərini atəşə tutub.

Emtv.az xəbər verir ki, (ASO) terror təşkilatına cavab atəşi açıb.

Xəbər verilir ki, Azez-Mare xəttində başlayan atışma üç gündür davam edir.

“Fərat qalxanı” bölgəsində yerləşən Türkiyə Silahlı Qüvvələri (TSQ) da artileriya ilə PKK/YPG terrorçularına cavab atəşi açıb. TSQ “Fərat qalxanı” bölgəsində YPG/PKK ilə cəbhə xəttini gücləndirib.

TSQ bögəyə 30 zirehli texnika, əsgər və snayperləri yerləşdirib.

YPG/PKK terror təşkilatı 2016-cı ilin əvvəllərindən Fərat çayının şərqində işğal etdiyi torpaqlar ilə ölkənin qərbində yerləşən Afrini qurudan birləşdirmək üçün arada qalan əraziləri ələ keçirmək istəyir. Afrindən şərqə, Mənbiçdən də qərbə hücum edən terror təşkilatı Tel Rıfat və Babı ələ keçirərək, xətti birləşdirməyə çalışdı. YPG/PKK beləliklə, Suriya-Türkiyə sərhədi boyunca sınırı boyunca fasiləsiz dominatlıq qurşağı yaradacaqdı. Terrorçular o zaman Rusiyanın aviasiya dəstəyini alaraq, Afrindən şərqə doğru yayıldı. Afindən çıxan terror təşkilatı müxaliflərin nəzarətindəki Tel Rıfat qəsəbəsini və ətraf kəndləri işğal etdi.

YPG/PKK terror təşkilatı Tel Rıfatın işğalı zamanı təxminən 250 min ərəb mülki əhalini yurdlarından didərgin düşməsinə səbəb oldu. Tel Rıfatlılar “Fərat qalxanı” bölgəsinə qonşu və müxaliflərin nəzarətində olan Azez qəsəbəsinə sığındı.

Terror təşkilatı işğaldan sonra Tel Rıfata Afrindən gətirdiyi ailələri yerləşdirməyə başladı.

Hal-hazırda qəsəbədə 15-20 minə yaxın kürd və ərəb yaşayır. Ancaq bunların 700-800-ə yaxınını Tel Rıfatın yerli ərəblər təşkil edir.

“Zeytun budağı” hərəkatında Tel Rıfatın bəzi kəndləri terrorçulardan azad olunmuşdu.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR