17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Son dəqiqə : PKK/YPG Raqqada bir ərəb kəndinə hücum çəkdi, 7 mülki vətəndaşı qətlə yetirdi – Kənd sakinləri terrorçuların maşınlarını atəşə verdi…
Terror təşkilatı PKK/YPG-nin Suriyada işğal etdiyi ərazilərdə gəncləri zorla terror qruplaşmasına qatma cəhdləri qanlı qarşıdurmaya çevirilib.
Emtv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, PKK/YPG-nin işğal etdiyi Rakka rayonunun qərbindəki əl-Hatuniyyə kəndindəki gəncləri zorla terror qruplaşmasına qatma cəhdi qanlı savaşla nəticələnib.
Əhalisi ərəb olan əl-Hatuniyyə kəndinin sakinləri gəncləri terror təşkilatına təslim etmədikləri üçün, PKK terrorçuları kəndə hücum çəkiblər. Bundan qəzəblənən kənd sakinləri PKK/YPG-nin binasına hücum edərək terrorçulara məxsus 3 avtomobili atəşə veriblər.
Hadisənin böyüməsinin ardından 8 min sakinin yaşadığı kəndə çoxlu sayda PKK/YPG-li terrorçu cəlb edilib. Kəndə hücum edən terrorçular 7 mülki vətəndaşı öldürüblər. Bundan başqa, qadın və uşaqlara işgəncə verən terrorçular, bir neçə evi də yandırıblar. Hazırda kənddə qarşıurma davam edir.
Qeyd edək ki, ABŞ-ın dəstəklədiyi PKK/YPG terrorçuları Suriya torpaqlarının 28 faizini işğal edib.
Seymur Rəhimov
Emtv.az