18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Dostunu 2 manat 50 qəpiyə görə öldürmək istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən 1995-ci il təvəllüdlü Elvin Hümbətovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Hümbətov dostu Ceyhun Abbasovu öldürməkdə cəhddə təqsirli bilinir.
Hadisədən əvvəl hər iki şəxsin arasında mübahisə düşüb.
Məhkəmədə ifadə verən C.Abbasov deyib ki, mübahisəyə səbəb isə 2 manat 50 qəpik dəyərində pul olub.
O, 2 manat 50 qəpiyi E.Hümbətova verərək başqa tanışlarına çatdırmasını istəyib. Amma E.Hümbətov pulu sahibinə çatdırmayıb və onların arasında mübahisə yaranıb. Bundan sonra E.Hümbətov əlini bıçağa atıb və dostunu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
E.Hümbətov isə özü könüllü olaraq polisə təslim olub.
O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsədən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.
Seymur Rəhimov
Emtv.az