18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
21 yaşlı qız qatilin əlindən qurtulmaq üçün özünü ölülüyə vurdu
Konyada ana-atasını öldürən qatilin əlindən qurtarmaq üçün 21 yaşlı qız özünü ölülüyə vurub.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, maskalı şəxs ətrafdakı insanlara maddi yardım edən və "Mətin Hoca" kimi tanınan 55 yaşlı Mətin Böyükşənin evinə daxil olub. Səssiz tapança ilə Mətin Böyükşəni və keçən il xərçəng xəstəliyinə qalib gələn həyat yoldaşı Necla Böyükşəni güllələyib.
Öldürülən cütlüyün qızı Büşra maskalı şəxsin üstünə çaydanlığı atıb və başqa otağa qaçıb. Bu zaman maskalı şəxs onu da güllələmək istəsə də alınmayıb. Bu zaman o əlindəki silahın qundağı ilə qızın başından zərbə endirərək öldürmək istəyib.
Buşra ifadəsində evlərinə basqın edən şəxsin danışmadığını bildirib: "O, məni də güllələmək istədi. Bu zaman silah açılmadı. Silahın açılmadığını görən şəxs məni onun arxa hissəsi ilə başıma vuraraq öldürmək istədi. Mən də gözümü yumub ölmüş kimi hərəkət etdim. O, da məni ölmüş hesab edib getdi. Qatilin ancaq gözlərini gördüm. O gözləri harda görsə tanıyaram".
Öldürülən cütlüyün həkim oğlu Osman Böyükşənin ailəsinin heç kimlə problemi olmadığını söyləyib: "Niyə evmizə basqaın edib, valideynlərimizi öldürdülər hələ bilmirik".
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Seymur Rəhimov
Emtv.az