18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Donald Tramp: ABŞ ilə Cənubi Koreya arasında ticarət sazişi BMT-də imzalana bilər
Prezident Donald Tramp çərşənbə axşamı bildirib ki, ABŞ ilə Cənubi Koreya arasında ticarət sazişinə BMT-də tamamilə yenidən baxılması və həmin sazişin imzalanması gözlənilir.
Xatırladaq ki, BMT-nin Baş Assambleyasının gələn həftə keçiriləcək 73-cü sessiyasında ölkələrin liderləri toplaşacaqlar.
Bu il mart ayında hər iki ölkənin rəhbərliyi bu sazişə yenidən baxılması barədə razılığa gəliblər.
Bundan əvvəl Tramp həmin sazişi ABŞ-ın Cənubi Koreya ilə ticarətdə kəsirinin artmasına imkan yaradan əqd kimi tənqid etmişdi.
Emtv.az xəbər verir ki, Cənubi Koreyanın Ticarət Nazirliyi sazişin imzalanmasına hazırlaşır.
Bu sənədin gələn həftə BMT-də Prezident Mun Ce-in ilə Trampın görüşü zamanı imzalanması gözlənilir. Qeyd edilib ki, bu saziş 2019-cu il yanvarın 1-dən həyata keçiriləcək, lakin bu işin qrafiki parlament tərəfindən bəyənilməlidir.
Tramp Administrasiyası Cənubi Koreyadan və digər ölkələrdən ABŞ-a avtomobillər və onlar üçün ehtiyat hissələr idxalına görə 25 faizə qədər tariflər tətbiq edilib-edilməyəcəyi məsələsini ayrıca araşdırır.
“Ticarətin genişləndirilməsi haqqında” 1962-ci il sazişinə görə, əgər Birləşmiş Ştatların Prezidentinin fikrincə başqa ölkələrdən idxal edilən malların və ya materialların miqdarı, həmçinin bununla bağlı başqa hallar ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid mənbəyidirsə, onda Prezidentin həmin malların idxalına tariflər və ya başqa vasitələrlə düzəliş etməsinə icazə verilir. Cənubi Koreya rəhbərliyi bildirib ki, Koreya hər hansı tariflərdən azad edilməlidir, çünki bu ölkə yenidən baxılmış ticarət sazişi çərçivəsində avtomobillər üçün konsessiyanı artıq tətbiq edib.
Seymur Rəhimov
Emtv.az