17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Xorvatiyada keçirilən Vinkovci Payız Festivalında Azərbaycanın mədəniyyəti, adət-ənənələri barədə məlumat verilib
Azərbaycan Respublikasının Zaqrebdəki səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyəti Xorvatiyanın Vinkovci şəhərində bu ölkənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Vinkovci Payız Festivalı çərçivəsində “Dünya saç düzümləri” adlı tədbirdə iştirak edib. Festivalda Xorvatiyada yaşayan xalqların milli geyim eksponatlarından ibarət səyyar, eləcə də xalqların müxtəlif dövrlərə aid olan milli geyimlərinin sərgisi də təşkil edilib.
Emtv.az xəbər verir ki, tədbirdə, həmçinin Xorvatiyada fəaliyyət göstərən diplomatik missiyaların təmsil etdikləri ölkələrə məxsus milli geyimlər və ənənəvi saç düzümləri ilə tanışlıq olub. Festivalda xalqımıza məxsus milli ornamentlər təsvir olunmuş qadın geyimi və saç düzümü nümayiş etdirilib. Tədbirə gələn qonaqlara Azərbaycan tarixi, mədəniyyəti və adət-ənənələri barədə məlumat verilib. Yerli televiziya tərəfindən işıqlandırılan festivalı hər il minlərlə turist ziyarət edir və nümayiş olunmuş eksponatlar Xorvatiyanın “Etnoreviya” jurnalında çap etdirilir.
Seymur Rəhimov
Emtv.az