17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ailəsini evdən qovdu, özü isə az sonra DİRİ-DİRİ yandı
Ötən gecə Ağsuda 1 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Ağsu şəhər, Mikayıl Müşfiq küçəsi 17 ünvanında baş vermiş yanğın nəticəsində ölən 1974-cü il təvəllüdlü Mürsəlov Mübariz Möhtərəm oğlu hadisə vaxtı sərxoş vəziyyətdə olub.
Belə ki, dünən axşam saatlarında spirtli içki qəbul edəndən sonra evə gələn M.Mürsəlov dava-dalaş salıb.
O, ailə üzvlərini evdən qovub və daha sonra içki içməyə davam edib.
Bir müddət keçəndən sonra isə yanğın başlayıb.
Hadisə nəticəsində 3 uşaq atası olan 44 yaşlı M.Mürsəlov yanaraq ölüb.
Yanğınsöndürənlər onun meyitini evdən çıxararaq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin morquna təhvil verib.
Qeyd edək ki, dünən oxşar hadisə Mingəçevirdə də baş verib.
Tüfeyli həyat tərzi sürən şəxs beşmərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzilində ocaq qalayıb və baş vermiş yanğın nəticəsində ölüb.
İsmayil İsmayilov
Emtv.az