18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Tramp Paşinyanla görüşdən imtina etdi
Sentyabrın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyasının açılışında iştirak etmək üçün ABŞ-a səfər edəcək. ABŞ prezidenti Donald Trampın həmin tədbirə qatılacağı gözlənilir.
Emtv.az xəbər verir ki, Erməni KİV-ləri Qərb mətbuatına istinadən diqqət çəkən məlumat yayıblar. Bildirilib ki, Tramp sessiya çərçivəsində Paşinyanla görüşdən imtina edib.
Qeyd olunub ki, Paşinyanın Rusiyaya mütəmadi səfərləri və bəzi addımları Qərbdə anlaşılmazlıq yaradıb. Belə ki, ABŞ ona əvvəlcədən xəbər edilmədən Rusiyanın təklifi ilə Ermənistanın Suriyaya “humanitar qoşun” göndərmək qərarının məğzini anlaya bilmir.
Qərb mətbuatı yazıb ki, Paşinyanın şəxsi göstərişi ilə rus mütəxəssislərin Ermənistandakı ABŞ laboratoriyalarına girişinə icazə verilməsi Vaşinqtonun xoşuna gəlməyib və Paşinyanın bu dərəcədə “sərbəstliyi” Qərbdə qıcıq doğurub.
Həmçinin vurğulanırb ki, Amerika tərəfi Paşinyana paritet tələbi irəli sürüb. Əgər ruslara icazə verilirsə, onda Ermənistandakı Rusiya laboratoriyaları da ABŞ mütəxəssislərinə açıq olmalıdır. Etibarlı mənbələrdən əldə olunan məlumatlara əsasən, bütün bu ziddiyyətləri nəzərə alan Vaşinqton Trampın Paşinyanla sentyabra təyin olunan görüşünün baş tutmayacağını bəyan edib.
İsmayil İsmayilov
Emtv.az