SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Türk qız İsrail ordusunda Fələstinə qarşı – Ölkə ayağa qalxdı

12-09-2018, 09:43 | Oxunub: 8 733 |

Türk qız İsrail ordusunda Fələstinə qarşı – Ölkə ayağa qalxdı

“Qəzza bölgəsində “Həmas”ın təmizlənməsi üçün əməliyyat başlanıb. Birliklərimiz 5 kilometr məsafədə Qəzzanın içərilərinə doğru irəliləyib”.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail ordusunda xidmət edən türk qızı Sabiha İrəm Çevik bir neçə gün öncə sosial şəbəkədə paylaşıb.

Türk qızın paylaşımı, habelə əməliyyat zamanı canlı yayıma çıxması Türkiyədə ciddi rezonans yaradıb. Paylaşımlarına yazılan söyüş və təhqiramiz ifadələrdən dolayı Sabiha İrəm Çevik sosial şəbəkə hesabını bağlayıb.

İsrail ordusunda xidmət edən türk qız Urfada doğulub. Həm Türkiyə, həm də İsrail vətəndaşı olan şəxslər hansı dövlətdə hərbi xidmət keçəcəyini özü seçir.

Amma Türkiyədə xanımlar hərbiyə çağırılmadığı üçün iki ölkə vətəndaşlığı olan qadınlar əsasən İsrail ordusunda xidmət etməli olur.

Sabiha İrəm Çeliyin Təl-Əvivin məşhur liman bölgəsi Yafada yaşadığı bəllidir. O, İsrail ordusunun Fələstinə qarşı həyata keçirdiyi əməliyyatlarda aktiv rol oynayır. İsrail ordusuna 2017-ci ildə xidmətə başlayan türk qız 2019-cu ilin avqustunda tərxis ediləcək.

Onu da qeyd edək ki, Türkiyə və İsrail vətəndaşı olan kişilər əsasən türk ordusunda xidmət etməyə üstünlük verirlər. Bunun bir səbəbi də İsraildə kişilər üçün hərbi xidmətin 3, Türkiyədə isə 1 il olmasıdır.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR