SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Paşinyan çılğına döndü: “Sizə iki saat vaxt verirəm, yoxsa özüm…”

12-09-2018, 09:00 | Oxunub: 7 752 |

Paşinyan çılğına döndü: “Sizə iki saat vaxt verirəm, yoxsa özüm…”

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın meriyası funksiyasını yerinə yetirən Ağsaqqallar Şurasına seçkilər kampaniyası çərçivəsində keçirilmiş mitinqdə emosiyalarına hakim ola bilməyib.

Emtv.az xəbər verir ki, o, dünən yayılmış qalmaqallı səs yazısından bəhs edib.

Dünən Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyanla Xüsusi İstintaq Xidmətinin sədri Sasun Xaçatryanın telefon danışığının səs yazısı yayılıb.

Söhbətin mövzusu Ermənistanın sabiq prezidenti Robert Köçəryanın dindirlməsi, habelə MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general Yuri Xaçaturova qarşı ittiham və onun həbsidir.

A.Vanesyan hakimə R.Köçəryanın həbsi barədə hökm çıxarmağı əmr etdiyini deyib.

Daha sonra o, söyləyib: “Mənə bax, Yuri Xaçaturova toxunma. O, KTMT-nin rəhbəridi. Ara, ruslarla yenicə barışmışam. Onu tutsaq, biabır olacağıq. Baş nazir deyir tut onu, bas içəri. Ruslarsa dəridən-qabıqdan çıxırlar ki, Xaçaturov tutulmasın. Onu tutma, ölkəni tərk etməməklə bağlı iltizam al, bəsidir”.

A.Vanesyan səs yazısının gerçək olduğunu dünən təsdiqləyib.

Paşinyan isə mitinqdə çox qəzəbli idi.

“Ölkənin xüsusi xidmət orqanlarının danışıqlarının gizli şəkildə dinlənilməsi xəyanət, dövlətçiliyə qarşı cinayətdir. Milli Təhlükəsizlik Xidmətinə və polisə tapşırmışam ki, bunu edənlər ən qısa müddətdə tapılsın, ən sərt məsuliyyətə cəlb olunsun. Bütün bu “xüsusi xidmət”lər və qanunsuz silahlı qruplaşmalar aşkarlanacaq, məhv ediləcək”, – Nikol Paşinyan söyləyib.

O, Ermənistanın MTX-nə və polisə oliqarxlarla yüksək rütbəli məmurların mühafizə xidmətlərinə qarşı reydlər keçirilməsini də əmr edib: “Bu üzdəniraq “mühafizəçilər”i asfalta sərib tərk-silah edin. İki saat sonra Artur Vanesyan və polis rəisi Valri Osipyan görülən işlər, əldə olunan nəticələr barədə məlumat verməlidir. Kimsə məsuliyyətdən yayınmamalıdır. MTX-dən və polisdən bütün Ermənistanda qayda-qanunun bərqərar edilməsini tələb edirəm. Görsəm ki, bacarmırlar, mən bilirəm nə edəcəyəm. Yenə kamuflyaj geyinəcəyəm, Ermənistanda qayda yaradacağıq. Evbəev, küçəbəküçə…”

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR