18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Obama yenidən böyük siyasətə qayıdır
ABŞ-ın sabiq prezidenti Barak Obama böyük siyasətə qayıdacağını bəyan edib. O, artıq sentyabrın 7-də Demokrat Partiyasında olan namizədlərin seçkiöncəsi dəstək kampaniyasında iştirak edib.
Emtv.az xəbər verir ki, Obama 2017-ci ilin yanvarın 1-dən prezident kürsüsündən getdiyi andan siyasi fəaliyyətini dayandırıb.
“Amerikanın səsi” radiosunun verdiyi xəbərə görə, Obama sentyabrın 7-də Urbane-Şampeynedə İllinoyski Universitetində seçicilər qarşısnda çıxış edib.
Bu, sabiq prezidentin Demokrat Partiyasından ABŞ Konqresinə aralıq seçkidə iştirak edəcək namizədlərin dəstək kampaniyasında iştirak etməklə böyük siyasətdə ilk addımını atıb.
Qeyd edək ki, seçkilər noyabrdə olacaq.
Obama İllinoysk Universitetindən sonra Kaliforniyanın cənubunda baş tutacaq siyasi tədbirə qatılacaq. O, burada Konqresinin Nümayəndələr Palatasına demokratlardan 7 namizədi dəstəkləyəcək. Bu namizədlərin hamısı həmin dairədən özlərini sınayacaq.
Çünki ənənəvi olaraq buradan respublikaçılar qalib gəlib.
Lakin iki il öncə bu dairənin seçiciləri prezident seçkiləri zamanı demokratların namizədi olan Hillari Klintonu dəstəkləyib.
Obama Kaliforniyadan sonra növbəti həftə Ohayo ştatına gedəcək və orada Riçard Kordreyanın namizədliyini dəstəkləyici çıxış edəcək. Kordrey ştatın qubernatoru postuna iddia edir. Bu şəxs zamanında Barak Obama administrasiyasının əməkdaşı olub.
Obama sentyabrın ortalarında yenidən İllinoysa dönəcək və burada Pensilvaniya seçiciləri qarşısında çıxış edəcək.
Bu, demokratlar üçün əsas ştatlardan biridir. Onlar buradan Konqresin aşağı palatasına 23 yer qazanmağı düşünürlər. Bu ştatda əldə edə biləcəkləri uğur nəticəsində Nümayəndələr Palatasında çoxluğu qazanmaq istəyirlər.
Aysu Əliyeva,
Emtv.az