SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Türkiyə Naxçıvanda hərbi baza qurmağa hazırlaşır? – Erməni ekspertdən sensasion açıqlama

8-09-2018, 07:53 | Oxunub: 7 396 |

Türkiyə Naxçıvanda hərbi baza qurmağa hazırlaşır? – Erməni ekspertdən sensasion açıqlama

“Türkiyə Naxçıvanda hərbi baza yaradı bilər və bunun üçün əsasları var”.

Emtv.az xəbər verir ki, bu fikri erməni türkoloq Ruben Melkonyan Türkiyə mətbuatında Ankaranın Naxçıvanda hərbi baza yerləşdirməsi ilə bağlı erməni mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyənin Suriya və İraqın hansı ərazilərində hərbi əməliyyatlar həyata keçirməsinə nəzər saldıqda, Ankaranın Naxçıvanla münasibətdə atacağı addımlar tamamilə gözlənilən və realdır.

“Türkiyə artıq bir neçə ildir ki, öz sərhədlərindən kənarda hərbi bazalarını yaratmaq istəyir. Ankara artıq ilk xarici hərbi bazasını Qətərdə yaradıb və yeni imkanlar axtarışındadır. Bu baxımdan Naxçıvan ən münasib bir ərazidir”- R. Melkonyan bildirib.

Tarixə nəzər salan erməni ekspert deyib ki, hələ 1920-ci ildə Mustafa Kamal Atatürk Naxçıvanı Türkiyənin ərazisində görmək istəsə də, bu niyyəti baş tutmadı: “O zaman elə bir tarixi situasiya hökm sürürdü ki, Naxçıvan Türkiyənin ərazisi olmadı. Bundan sonra Türkiyə hər vəchlə Naxçıvanın Azərbaycanın tərkibində xüsusi statusla qalmasına çalışdı və buna nail oldu. Ankara yüz il əvvəl odluğu kimi, indi də həmin siyasəti yürüdür və o baxımdan Ankara Naxçıvanda hərbi baza yaratması real görünür və bunun üçün hər cür münbit şərait var”.

Erməni ekspert onu da əlavə edib ki, bu elə də asan olmayacaq: “Çünki bölgədə Türkiyədən başqa digər ölkələrin də maraqları var və onlar buna mane ola bilər”.

Buna baxmayaraq, erməni ekspert hesab edir ki, bölgədə vəziyyət gərginləşəcəyi təqdirdə, Ankaranın yürüdəcəyi siyasəti də başa düşmək lazımdır. “Yəni Ankara bölgədə öz və müttəfiqi olduğu Azərbaycanın maraqlarını təmin etmək ciddi addımlar atacaq. Onu unutmaq lazım deyil ki, genişmiqyaslı siyasi münasibətlərdə Ankara Rusiya və ABŞ-a bəzi məsələlərdə güzəştə getməklə Naxçıvanda öz mövqeyini möhkəmlətməyə çalışacaq. Daha dəqiq desək, Ankara böyük siyasi oyunlarda Türkiyənin Naxçıvandakı hüququna hörmət edilməsini tələb edəcək. Böyük güclər də bu baxımdan Türkiyənin maraqlarının təmin olunması istiqamətində müəyyən addımlar atmalı olacaq”- Melkomyan vurğulayıb.

Bütün bunları diqqətə çatdıran ekspert hesab edir ki, Naxçıvan Ermənistan üçün ən təhlükəli ərazidir: “Bu əraziyə son illərdə Azərbaycan Silahlı Qüvvələrinin toplanması və Naxçıvanda güclü ordu korpusunun yaradılması Ermənistana birbaşa təhlükədir. Hər an Ermənistan Naxçıvanda ağır zərbə ala bilər”.

Ekspert onu da əlavə edib ki, Ankara ilə Moskva arasında münasibətlərin yaxşı olmasından ancaq Ermənistan əziyyət çəkib və bu dəfə də belə ola bilər.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR