SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

PKK-nın Ermənistan planı deşifrə oldu – Ermənistandakı düşərgələrdən Türkiyəyə sızmağa çalışan terrorçular…

6-09-2018, 10:38 | Oxunub: 7 533 |

PKK-nın Ermənistan planı deşifrə oldu – Ermənistandakı düşərgələrdən Türkiyəyə sızmağa çalışan terrorçular…

Şimali İraq ərazisindən Qaradəniz bölgəsinə sızma təşəbbüsü uğursuz olan PKK terror təşkilatının yeni planı ifşa olub.

Emtv.az xəbər verir ki, terror təşkilatının Ermənistandakı düşərgələrdə olan üzvlərinin Ağrı, Bingöl, Tunceli və Tokat üzərindən Qaradəniz dağlarına keçməyə çalışdıqları ortaya çıxıb. Türkiyəyə sızan terrorçuların Gümüşhanə ərazisinə keçməyə çalışdıqları təsbit edilib.

Türkiyə mətbuatının yazdığına görə, PKK-nın Ermənistandakı düşərgələrində olan terrorçuların sərhəddən keçirərək Tendürək dağında gizləndikləri ortaya çıxıb. Ermənistanın illərdir dəstəklədiyi və ərazisində terror düşərgələri qurmağa icazə verdiyi PKK-çıların mövsümi işçilərdən istifadə edərək bölgəyə sızma təşəbbüsündə olduqları öyrənilib.

Bu arada Türkiyə təhlükəsizlik orqanları terror təşkilatın fərqli yollarla Qaradəniz bölgəsinə sızma təşəbbüslərinin qarşısını almaq üçün əməliyyata başlayıb. Təhlükəsizlik orqanları xüsusilə qeyri-qanuni sol terror təşkilatlarının mövcud olduğu Tunceli, Bingöl, Ağrı və Tokat ətrafında geniş təhlükəsizlik tədbirləri görüb. Havadan İHA-larla izlənən bölgələrdəki hərbi hissələr mümkün əməliyyat üçün hazır vəziyyətdədir.

Aynurə Kərimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR