18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Adamlara saxta əlillik sənədi verən həkim rüşvət alarkən tutuldu
Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa edilib.
Emtv.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılması, pensiya təminatı sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.
Lakin bəzi hallarda əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmalarına rast gəlinir ki, bu qanunazidd hərəkətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilir.
Belə ki, özlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri kimi təqdim edən bir qrup şəxsin pensiya və ünvanlı sosial yardımların təyin edilməsi ilə bağlı İsmayıllı rayon sakinlərindən qanunsuz olaraq pul almaları barədə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gülarə Bədirova tanışını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə təsir etmək imkanına malik olmasına inandırıb, əlillik dərəcəsinin dəyişdirilməsi üçün ondan sentyabrın 3-də C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cinayət əlaqəsinə girdiyi həkim kardioloq Yeganə Osmanovanın xidməti otağında 2500 manat məbləğində pulu birlikdə alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Xidməti otağa baxış zamanı həmin pullar, əlillik dərəcəsi və qrupunun verilməsi üçün zəruri olan sənədlər, o cümlədən epikrizlər, habelə istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.
G.Bədirova və Y.Osmanovanın özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə, başqasını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla G.Bədirova barəsində məhkəmənin qərarı ilə həbs, Y.Osmanova barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla həmin şəxslər tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxta sənədlər əsasında əlillik dərəcəsi və qruplarının verilməsi səbəbindən qanunsuz pensiya təyinatı hallarına, habelə korrupsiya və digər bu kimi neqativ hallara qarşı bundan sonra da ardıcıl və kəsərli mübarizə tədbirləri davam etdiriləcək.
Aynurə Kərimova,
Emtv.az
Paylaş: