18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Dünya çempionatının püşkü atılıb
FIFA-nın İsveçrənin Sürix şəhərindəki mənzil qərargahında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək klublararası dünya çempionatının püşkü atılıb.
Emtv.az yerli KIV-ə istinadən xəbər verir ki, püşkatma nəticəsində turnirdə mübarizə aparacaq cütlüklər müəyyənləşib.
Açılış oyunu dekabrın 12-də Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" və Yeni Zelandiyanın "Vellinqton" komandaları arasında təşkil olunacaq. Görüşün qalibi növbəti mərhələdə finalda Afrika Çempionlar Liqasının (CAF) hələlik müəyyənləşməyən qalibi ilə qarşılaşacaq. Digər oyun isə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkəri Futbol Konfederasiyası (CONCACAF) Çempionlar Liqasının qalibi Meksika "Qvadalaxara"sı ilə Asiya Çempionlar Liqasının (AFC) qalibi arasında keçiriləcək. Bu, turnirdə üçüncü oyun olacaq.
Turnirin və UEFA Çempionlar Liqasının son qalibi olan "Real Madrid" klubu ilə Libertadores Kubokunun (CONMEBOL) qalibi mübarizəyə yarımfinal mərhələsindən qoşulacaq. II matçın qalibi yarımfinalda CENMEBOL-un qalibi ilə qarşılaşacaq. III matçın qalibi isə yarımfinalda "Real Madrid"in rəqibi olacaq. Yarımfinal mərhələsinin oyunları 18-19 dekabrda keçiriləcək.
Final və üçüncü yer uğrunda oyun dekabrın 22-də təşkil olunacaq.
Seymur Rəhimov
Emtv.az