18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Braziliya məhkəməsi Lula da Silvanın prezident postuna namizədliyini qeydə almayıb
Braziliyanın ali seçki məhkəməsi ölkənin sabiq prezidenti Luisu İnasiu Lula da Silvanın ali dövlət postuna namizədliyini qeydiyyatdan keçirməkdən imtina edib.
Emtv.az xəbər verir ki, müvafiq qərar məhkəmənin avqustun 31-də keçirilən və dövlət televiziyası ilə canlı yayımlanan növbədənkənar iclasında qəbul olunub.
İclasda 7 hakimin 6-sı Lula da Silvaya prezidentlik yarışına buraxmamaq qərarını dəstəkləyib.
Siyasətçinin müdafiəsi bu qərardan yuxarı məhkəmə instansiyalarında şikayət etmək hüququna malikdir. Lakin məhkəmənin hökmü qüvvədə olduğu müddətdə sabiq prezident özünün təşviqat videolarını televiziya ilə nümayiş etdirmək hüququndan məhrum olacaq.
Seçkiöncəsi materialların yayımı isə sentyabrın 1-dən başlayır.
Ehtimal olunur ki, Lula da Silvanın banisi olduğu solçu Əmək Partiyası dövlətin ali postuna San-Paulu şəhərinin sabiq meri Fernandu Addadanın namizədliyini irəli sürəcək. Məhkəmənin qərarına əsasən, partiya yaxın 10 gün ərzində dövlət başçısı postuna namizədini dəyişmək hüququna malikdir.
Xatırladaq ki, 2003-2010-cu illərdə Braziliya prezidenti olan Lula da Silva bu il aprelin 7-dən korrupsiya işi üzrə həbs cəzası çəkir.
O, ölkə tarixində ilk prezidentidir ki, məhkəmə prosesi nəticəsində həbs cəzasına məhkum edilib. Yanvar ayının sonlarında apelyasiya məhkəməsi siyasətçinin işi üzrə ittiham hökmünü təsdiqləyərək onun həbs cəzasını 9 il 6 aydan 12 ilədək artırıb.
Bununla belə, sosioloji sorğunun nəticəsinə əsasən Lula da Silva oktyabr ayında keçiriləcək prezident seçkilərinin favoriti sayılırdı.
Aynurə Kərimova,
Emtv.az
Paylaş: