SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qarajda sevgilisi ilə boğulan oğlan, sən demə…- FOTOLARI

31-08-2018, 15:13 | Oxunub: 18 838 |

Qarajda sevgilisi ilə boğulan oğlan, sən demə…- FOTOLARI

İki gün öncə “Nissan” markalı avtomobildə boğularaq ölən sevgililər barədə yeni məlumatlar əldə olunub.

Məlum olub ki, mərhum Elvin Zeynalov idmançı imiş.

Emtv.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a E.Zeynalovun yaxın qohumu, tanınmış yol hərəkəti üzrə ekspert Arzu Kürsüm Babazadə məlumat verib.

Qarajda sevgilisi ilə boğulan oğlan, sən demə…- FOTOLARI
Təlimçi Arzu Kürsüm-Babazadə

A.Babazadə mərhum E.Zeynalov haqqında bunları bildirib: “Elvin Zeynalov futzalçı olub, son mövsümdə Birinci Liqanın qızıl medallarını qazanan “Hell Energy” komandasının qapısını qoruyub. Həmçinin Azərbaycanın Mini Futbol Federasiyası “İCE” komandasının heyətində Alfa Liqada inamlı çıxışları olub”.

Müsahibimiz, həmçinin baş vermiş hadisə ilə bağlı da danışıb: “Dünyasını dəyişən gənclərimiz haqqında ətrafda və xalqımızda yaranmış yanlış düşüncələrə də aydınlıq gətirmək istəyirəm. Hər iki gənc çox əxlaqlı, tərbiyəli olublar. K.Ə. də çox əxlaqı, gözəl bir ailənin, layiqli övladı olub. Onlar əxlaqsız hərəkətin yox, sevgilərinin qurbanı olublar, daha doğrusu, özlərini qurban etməyi seçiblər. Mərhum gənclər çarəsiz qaldıqları, özlərini çarəsiz hiss etdikləri üçün aqibətləri belə bir faciəvi sonluqla nəticələnib”.

Qarajda sevgilisi ilə boğulan oğlan, sən demə…- FOTOLARI
Elvin Zeynalov

Arzu Babazadə media qurumlarına da nəzarət edib: “Əvvəlcə mərhum gənclərin ailələrini nəzərə alan, anlayış göstərən media nümayəndələrinə təşəkkür edirəm. Bütün xəbər saytlarından, televiziya kanallarından belə xəbərləri hazırlayarkən son dərəcə həssasiyyətlə yanaşmalarını xahiş edirəm. Çünki yazılmış hər hansı bir ifadə, reallıq olsa belə, həm mərhumun ruhuna, həm də onun ailəsinə qarşı mənəvi zərbədir”.

Qarajda sevgilisi ilə boğulan oğlan, sən demə…- FOTOLARI
Elvin Zeynalovun məzarı

Qeyd edək ki, iki gün öncə Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində beşmərtəbəli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü K.Ə.-va və 1990-cı il təvəllüdlü E.Z.-nin meyiti tapılıb.

Hadisə yerinə Yasamal Rayon Prokurorluğu və Yasamal rayon Polis idarəsinin əməkdaşları cəlb edilib. Faktla bağlı cinayət işi başlanılıb.

Aynurə Kərimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR