18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Gəlin maşınının içindən 8 əfqan, 3 pakistanlı çıxdı
Gəlin maşını kimi bəzənən kirayə lüks avtomobillə İstanbuldan Antalyaya qədər gələrək qeyri-qanuni yollarla xaricə qaçmaq istəyən miqrantlar yola bəy və gəlinsiz çıxdıqlarından ələ keçdilər.
Antalya Jandarma Komandanlığı tərəfindən saxlanılan saxta gəlin maşınında 8 Əfqanıstan və 3 Pakistan vətəndaşının olduğu ortaya çıxıb.
Emtv.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Antaliyanın Döşəməaltı qəsəbəsində baş verib.
Qaçaq yollarla ölkə xaricinə çıxmaq istəyən bu şəxslər avtomobilə əsl toy bəzəyi vurub, bəy və gəlinin adlarının baş hərflərindən tutmuş və üzük şəkillərinə qədər müxtəlif rəngli lentlərlə avtomobili bəzəyiblər.
Amma nəzarət məntəqəsindən bəy və gəlinsiz keçmələri şübhə yaratdığından saxlanılıblar.
Saxlanılan şəxslər dindirilmələri üçün polis bölməsinə aparılıblar. Avtomobilə baxış zamanı oradan xilasedici jiletlər də aşkarlanıb.
Saxta gəlin maşının sürücüsü, miqrantların səfərinə təşkilatçılıq edən fələstinli A.İ.M. isə ifadə verdikdən sonra prokurorluğa aparılıb.
Sevinc Əlimova,
Emtv.az