SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Zaqatala sakini hər kəsin xəyal etdiyi evi hazırladı – Video

29-08-2018, 15:46 | Oxunub: 12 089 |

Zaqatala sakini hər kəsin xəyal etdiyi evi hazırladı – Video

“Bu maşını icarəyə götürmək üçün müraciət edənlər həddən artıqdır, amma mən razılaşmıram, bu evi ancaq ailəm üçün hazırlamışam”

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Zaqatala sakini Tərlan Hacımadayevin 2 aya hazırladığı təkərlər üzərindəki ev hər kəsi heyrətləndirib.

Mikroavtobusu lazımi avadanlıqlarla təchiz edən həmsöhbətimiz bununla da çoxdankı arzusunu reallaşdırdığını deyir: “Əvvəllər Rusiyada yaşamışam. Təqaüdə çıxdıqdan sonra belə bir maşın almaq istədim. Əslində, modul tipli maşın istəyirdim. Lakin sənəd məsələsində problem yarandı. Ona görə də bu maşını almaq qərarına gəldim”.

“Rusiyada bu maşınlardan var idi. Lakin onları zavod hazırlayır, baha başa gəlir. Baxdım ki, bunu özüm də hazırlaya bilərəm. Bunu düzəltməyə, təxminən 40 min manat pul xərcləmişəm” — Hacımadayev bildirir.

Müsahibimizin hazırladığı səyyar evdə yaşayış üçün hər şərait var. O, bunu ailəsi üçün hazırladığını deyir: “Bu maşında 4 nəfər rahat şəkildə yaşaya bilər. Maşında hamam, tualet, soyuducu, su qızdırıcı, qaz və elektrik qızdırıcısı var. Bundan başqa, çarpayı, masa, soyuducu və Wi-Fi mövcuddur. Bir sözlə, yaşayış üçün nə lazımdırsa, bu maşında cəm olub”.

Zaqatala sakini Tərlan Hacımadayev

“İstifadə olunan su arxada yerləşdirilmiş 400 litrlik çəndən əldə olunur. Ayrıca, tullantı çirkab sular üçün də əlavə 200 litrlik çən quraşdırmışam ki, ətraf mühit çirklənməsin” — deyə həmsöhbətimiz əlavə edir.

Qəhrəmanımız sərf olunan 220 volt elektrik enerjisinin maşına yerləşdirilmiş əlavə cihazdan əldə olunduğunu diqqətə çatdırır.

Həmçinin, o, mikroavtobusun damına yaxın zamanlarda günəş enerjisi ilə işləyən panellər quraşdıracağını da bildirir.

Tərlan Hacımadayev əl əməyi ilə hazırladığı səyyar evini, artıq sınaqdan da keçirib: “Bu yaxınlarda Batumiyə getdik. Ailəliklə 10 gün istirahət edib gəldik. Ən böyük arzum Azərbaycanı qarış-qarış gəzməkdir. Ondan sonra dünya turuna çıxmağı planlaşdırıram”.

“Bu maşını icarəyə götürmək üçün müraciət edənlər həddən artıqdır. Amma mən razılaşmıram. Bu evi ancaq ailəm üçün hazırlamışam, 2 qızım, yoldaşım və mən” — deyə rayon sakini vurğulayır.

Seymur Rəhimov,
Emtv.az

Paylaş:

Zaqatala sakini hər kəsin xəyal etdiyi evi hazırladı – Video


OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR