18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Mançester Siti”nin futbolçusu: “Rəcəb Tayyip Ərdoğanla olan şəklimdən siyasi məqsədlər üçün istifadə edənlər oldu”
İngiltərənin “Mançester Siti” klubunun türk əsilli futbolçusu İlkay Gündoğan Almaniya millisindəki karyerasını başa vurmaq niyyətində olmadığını açıqlayıb.
27 yaşlı yarımmüdafiəçi “Bild”ə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla olan şəklinin siyasi məqsədlərlə istifadə edildiyini də bildirib: “Almaniyadakı bütün həyatım boyu yalnız müsbət şeylər yaşamışam. Amma Ərdoğanla olan şəklimdən siyasi məqsədlər üçün istifadə edənlər oldu. Həmçinin bəziləri rasizmə yol verdilər. Amma mən qaçmaq istəmirəm. Yoahim Löv çağırsa, Almaniya millisində oynamağa davam etmək niyyətindəyəm”.
Qeyd edək ki, İlkay Gündoğanın Mesut Özil və Cenk Tosunla birgə R.T.Ərdoğanla çəkdirdikləri şəkil 2018-ci il dünya çempionatı ərəfəsində Almaniyada qalmaqala səbəb olub. Həmçinin yarış ərəfəsində Bundestimin düşərgəsində əcnəbi kökənli futbolçularla yerlilər arasında qarşıdurma baş verdiyi bildirilir. Almaniya millisi tarixində ilk dəfə Rusiyada təşkil olunan mundialda qrupda qalıb.
Sevin Əlimova,
Emtv.az
Paylaş: