17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Türkiyədə PKK-nın iki təhlükəli üzvü ələ keçirilib
İraqın şimalından qanunsuz yolla Türkiyəyə keçən iki PKK terrorçusu ölkənin Şırnak-Uludere rayonu ərazisində sağ ələ keçirilib.
Emtv.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Ələ keçirilən “Mazlum Goyi” ləqəbli Mazlum Kaçan və “Kahraman” ləqəbli Lezgin Yararın üstündə odlu silah və icazəsiz daşınması qanunla qadağan edilən digər ləvazimatlar olub.
DİN-in yaydığı digər məlumatda isə bildirilir ki, ölkənin Bingöl, Ağrı və Tunceli bölgələrində həyata keçirilmiş antiterror əməliyyatlarında altı PKK terrorçusu zərərsizləşdirilib. Bildirilir ki, məhv edilən terrorçulardan ikisi Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olublar.
Onlar “Poyraz Agir” ləqəbli Mehmet Şirin Özen və “Adil Havar” ləqəbli Aykut Özkurdür. Bu əməliyyatlarda Türkiyə Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, ikisi yaralanıb.
Aysu Əliyeva,
Emtv.az
Paylaş: