18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gürcüstanlıların olduğu tankeri quldurlar ələ keçirib
Yunanıstanın bir neçə gündür itkin düşmüş “Pantelena” tankeri avqustun 14-nə keçən gecə dəniz quldurları tərəfindən ələ keçirilib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, gəmi kapitanı Laşi Qadelinin sözlərinə görə, quldurlar 17 Gürcüstan və 2 Rusiya vətəndaşından ibarət heyət üzvlərini 9 gün girov saxlayıblar.
“Gəmini həmin vaxt mənim köməkçim idarə edirdi, onu silahla təhdid edərək tankeri qaçırıblar. Quldurlar bütün heyət üzvlərini bir kayuta salıblar və 9 gün orada saxlayıblar”, — deyə o telefon vasitəsi ilə Gürcüstanın İctimai Televiziyasına bildirib.
Kapitanın sözlərinə görə, quldurlar dənizçilərə zərər yetirməyiblər və onları avqustun 23-də azad ediblər. Bununla belə kapitan onların hansı şərtlər müqabilində sərbəst buraxıldıqlarını açıqlamayıb.
Gəmi avqustun 14-də Qabon sahillərində itib. Avqustun 23-də Mərkəzi Afrika Respublikasının dəniz idarəsi peyk vasitəsi ilə gəmini aşkar edib.
Sevinc Əlimova,
Emtv.az
Paylaş: