18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda prodüserin atasının məzarına boya töküb, rənglədilər - "Bu hərəkət şərəfsizlikdi" - FOTOLARI
Tanınmış prodüser və aparıcı Sayqa Cahidin atasının məzarına hörmətsizlik olub.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, onun valideyninin məzarının üstü rənglənib.
Belə ki, məzarın sinə daşının üstü və qəbrin kimə aid olduğunu bildirən ad, soyad və digər məlumatların yazıldığı hissə ağ rənglə boyanıb.
"Bu hərəkət şərəfsizlikdi və bu gün mənim doğmamım qəbrinə belə bir hörmətsizlik, təhqir olunubsa, sabah başqasının başına da gələ bilər", - deyə Sayqa yazıb.
O, daha sonra məzarın boyanmasının səbəbkarının qəbiristanlığın işçiləri olmasını bildirib: "Qəbiristanlıqdakı nəzarətsizlik, çox sayda azyaşlı uşaqların işləməyi, avaralanmağı və s. Günah orada çalışanlardadı. Dünən orada biri dedi ki, aylıq pul versəniz, belə şey olmaz. Aylıq isə 25-30 manatdır. Bəlkə də səbəb budur.
Sinə daşını rəngləyiblər. Heç qohumlarımın çoxu bilmir məzarın yeri haradadı. Bu, düşmənçilik filan deyil. Oranın işçilərinin işidi. Çoxlarının qəbirləri belə təhqir olunur, susurlar. Atam ilyarımdı rəhmətə gedib. 80 yaşı olacaqdı. Edən heç o yaşın yarısını görməsin".
Qeyd edək ki, Sayqa Cahidin atası Binəqədi qəbiristanlığında dəfn edilib.
Aysu Əliyeva,
Emtv.az