18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Elbrus dağında 31 il əvvəl ölmüş alpinistin meyiti tapılıb
Elbrus dağında təqribən 31 il əvvəl yüksəkliyə dırmanma zamanı öldüyü ehtimal edilən qadın alpinistin meyiti aşkar edilib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar və Qaraçay-Çərkəz Respublikası üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Qadının meyitini Elbrusa dırmanan bir qrup turist təqribən 4000 metr yüksəklikdə tapıb və bu barədə xilasedicilərə məlumat verib. İlkn məlumatlara görə, alpinist 31 il əvvəl yüksəkliyə dırmanan zaman ölüb. Meyit təxliyyə olunub”, – deyə idarədən bildirilib.
Qeyd olunub ki, hələ 1987-ci ildə həmin yerdə qar uçqunu səbəbindən 7 nəfərdən ibarət alpinist qrupu həlak olub, o zaman onların meyitlərinin axtarışı uğursuzluqla nəticələnib.
Tapılan meyit Leninqrad sakini 1951-ci il təvəllüdlü Yelena Konstantinovna Bazıkinaya məxsus olub.
Aysu Əliyeva,
Emtv.az
Paylaş: