SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Belarusun Azərbaycana satdığı hərbi texnika haqda faktlar açıqlandı

24-08-2018, 17:37 | Oxunub: 11 957 |

Belarusun Azərbaycana satdığı hərbi texnika haqda faktlar açıqlandı

Müstəqillik illəri ərzində Belarus və Azərbaycan yarım milyard dollarlıq silah alqı-satqısı həyata keçiriblər. Budur, indi də Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi hərbi nümayəndə heyəti rəsmi səfərlə Minskdədir.

Emtv.az bildirir ki, bunu iki ölkənin hərbi-texniki əməkdaşlığı haqda xüsusi icmal hazırlayan və bəzi faktları açıqlayan “Sputnik” yazıb.

Bildirilir ki, son onilliklər ərzində Azərbaycan Belarusun etibarlı tərəfdaşı və hərbi texnikasının (düzdür, bir qayda olaraq, istifadədə olmuş) əsas istehlakçısı olub. Belarusun od saçan “Polonez”raket sisteminin çatdırılması isə bu məsələdə ciddi sıçrayışa səbəb oldu: “Qeyd etməyə dəyər ki, Azərbaycan hərbçiləri Belarus kompleksinin artıq mükəmməlləşdirilmiş versiyasını, hansı ki, keçən ilin payızında Qomel vilayətindəki poliqonda sınaqdan keçirilmişdi, aldılar”.

Bundan başqa, açıq məlumatlara əsasən, təkcə 2002-dən 2012-ci ilə qədər olan dövrdə Minsk Azərbaycan hərbçilərinə 153 ədəd T-72 tankı, 120 ədəd 122 millimetr kalibrli D-30 yedəklənən artilleriya sistemi, 12 ədəd 203 millimetr kalibrə malik özüyeriyən “Pion” 2S7 artilleriya qurğusu, 60 ədəd təkərli zirehli maşın (BTR-70) və 11 ədəd Su-25 qırıcısı satıb.

Nəşr yazır ki, Bakı silahın çatdırılması işində ona görə prioritet tərəfdaş oldu ki, həmin dövrdə ödəmə qabiliyyəti ilə hamıdan sərfəli müştəri idi. Belə ki, Afrika ölkələri ilə münasibətlər elə də hamar deyildi və hətta “zəngin” Sudan təyyarələrə və öz mütəxəssislərinin hazırlığına görə borcunu həvəslə ödəmirdi.

Bu əsnada iki ölkənin hərbi münasibətləri sadəcə sovet texnikasının alınması ilə də məhdudlaşmayıb. Belarusun Müdafiə Kompleksinin (BMK) müəssisələri Azərbaycan silahlanmasında olan və hələ Sovet vaxtında hazırlanmış ZRK S-125M, “Peçora” və 9K33M3 “Osa-AKM” silahlarını fəal şəkildə müasirləşdiriblər. BMK həmçinin “Buk-MB” ZRK-sını xüsusi olaraq Azərbaycan Ordusu üçün müasirləşdirib.

Nəşr sonda vurğulayır ki, Belarus tərəfi bu sahədə on il məhsuldar əməkdaşlıq nəticəsində, bəzi məlumatlara görə, toplam olaraq 500 milyon dollardan çox vəsait qazanıb. Amma sonradan nəzərəçarpan enmə başlayıb…virtualaz.org

Aynurə Kərimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR